Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib
Tarix: 19.11.2017 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Ağırlıq qaldırma üzrə 3 dəfə olimpiya, 6 dəfə dünya çempionu olub saysız rekordlar qıran Türk ağır atleti Naim Süleymanoğlu İstanbulda dəfn edilib.
APA-nın məlumatına görə, günorta namazından sonra Naim Süleymanoğlunun Fateh məscidində qılınan dəfn namazında baş nazir Binəli Yıldırım, keçmiş baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Akif Hamzaçebi, gənclik və idman naziri Osman Aşkın Bak, siyasət, sənət, idman dünyasının tanınmış şəxsləri, Süleymanoğlunun Bolqarıstandan gələn həmyerliləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Namazdan sonra Naim Süleymanoğlu Edirnekapı qəbiristanlığında Türkiyə Respublikası himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy ilə Gəncədən İstanbula köçən Rəfibəylilər ailəsinin qəbirlərinin arasında qazılmış məzara dəfn edilib. Dəfn mərasimində iştirak edən Türkiyənin gənclik və idman naziri O. A. Bak N. Süleymanoğlunun Türk idmanına verdiyi töhfələrin heç vaxt unudulmayacağını və adının əbədi yaşadılacağını vurğulayıb.
Qeyd edək ki, uzun müddət qara ciyər sirrozundan əziyyət çəkmiş N. Süleymanoğlunun 6 oktyabrda qara ciyəri dəyişdirilsə də, noyabrın 11-də beyninə qan sızıb. Beynində əməliyyat aparılsa da, məşhur atletin həyatını xilas etmək mümkün olmayıb. N. Süleymanoğlu noyabrın 18-də vəfat edib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Mingəçevirdə beşmərtəbəli binada yanğın olub
09.12.2017
Mixeil Saakaşvili saxlanılıb
07.12.2017
ABŞ-da məktəbdə atışma olub, ölənlər və yaralananlar var
06.12.2017
Almaniyada qatarların toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb
04.12.2017
Əfqanıstan-Tacikistanın sərhədində atışma

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info