Azərbaycan şirkətlərinin məhsullarının Rusiyaya ixracına dair danışıqlar aparılıb
Tarix: 20.11.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Nar şirəsinin, mineral suların və konservləşdirilmiş qida məhsullarının Rusiyaya ixracına dair ilkin razılıq əldə edilib
Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu missiya noyabrın 15-16-da Sankt-Peterburqda təşkil olunmuş bir sıra tədbirlərə qatılıb, Rusiyalı iş adamları ilə məhsuldar danışıqlar aparıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, missiya AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” Qida Sərgisində və sərgi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda və Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri və distributor şirkətlərinin iştirakı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak edib.
“X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını təqdim edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
Danışıqlar zamanı Rusiya şirkətləri tərəfindən Azərbaycanın təbii və keyfiyyətli meyvə-tərəvəz məhsullarına, xüsusilə də “Made in Azerbaijan” brendi ilə dünya bazarında tanınan nar şirəsi, mineral sular və konservləşdirilmiş qida məhsullarına xüsusi maraq göstərilib və bu məhsulların Rusiyaya ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info