Avropa İttifaqı Ermənistandan tək Metsamor AES-i bağlamağı deyil, işğala son qoymağı da tələb etməlidir
Tarix: 20.11.2017 | Saat: 03:15:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) Ermənistandan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlamağı tələb edib. Ermənistan enerji böhranı ilə üz üzədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sputnik-Armenia” saytı yazıb.
Saytın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Aİ ilə Ermənistan arasında imzalanacaq razılaşmanın şərtləri açıqlanıb. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in fəaliyyətini dayandırmalı, ölkənin enerji təhlükəsizlyini təmin etmək üçün alternativ yollar tapmalıdır.
Aİ-nın bu tələbi erməni və gürcü iqtisadçılar, siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.
Erməni iqtisadçı Vilen Xaçatryan hesab edir ki, Ermənistanın alternativ enerji mənbələri yoxdur. Metsamor AES-in bağlanması Ermənistanın regiondakı mövqelərini daha da zəiflədəcək.
Gürcü politoloq, tarixçi alim Simon Kopadze AZƏRTAC-a müsahibəsində deyib ki, Ermənistanın Avropa İttifaqı ailəsinə daxil olması üçün Metsamor AES-in bağlanması yeganə şərt ola bilməz. Ermənistan, eyni zamanda, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, işğala, terrora son qoymalıdır.
Politoloq hesab edir ki, ikili standartları ilə seçilən Avropa İttifaqı əslində təkcə Metsamor AES-in bağlanması tələbini irəli sürməklə əsas məsələdən yayınır.
“Belə olmasa idi, Avropa İttifaqı dövlətlərin ərazi bütövlüyü məsələsini, Ermənistanın işğalçılıq siyasətini qabardar, ondan işğala son qoymağı tələb edərdi və regionda sülhə nail olunardı. Ona görə də hesab edirəm ki, başqa dövlətin vassalı olan Ermənistan üçün Metsamor AES çox zəif şərtdir”- deyə Kopadze vurğulayıb.
“Art-qallery” televiziyasının rəhbəri, politoloq Tengiz Txilava isə hesab edir ki, bu tələb çoxdan irəli sürülməli idi. Çünki Metsamor AES istismar müddətini başa vurub və regionun, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə mənbəyidir: “Biz hamımız Çernobıl faciəsini çox yaxşı xatırlayırıq. Metsamor AES-də də ciddi problemlərin yaşandığı hamıya bəllidir. Düşünürəm ki, Ermənistanın inadkarlığı Avropanın da narahat etməyə başlayıb. Çünki, bu stansiyada fəlakət baş versə, Avropa ölkələri də bunun acı nəticələrini yaşayacaqlar. Amma bu tələb yalnız kağız üzərində qalmamalı, Ermənistana qarşı digər tələblər də irəli sürülməli və onların icrasına nail olunmalıdır” - deyə Txilava vurğulayıb.
Qeyd edək ki, noyabrın 24-də Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Gürcüstanın “report.ge” saytı Azərbaycan Prezidentinin çıxışından materiallar yayıb
29.09.2020
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb YENİLƏNİB
29.09.2020
Azərbaycan-Estoniya Parlamentlərarası İşçi Qrupunun rəhbərindən estonliyalı həmkarlarına müraciət
29.09.2020
Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb
29.09.2020
Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info