“Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert
Tarix: 20.11.2017 | Saat: 03:20:00 | E-mail | Çapa göndər


Dünən Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın”, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə”, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər.
Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, xanəndə Fəraməz Gərmrudinin ifasında “Dəşti” muğamı təqdim olunub.
Tədbirdə xanəndələri “Könül” intrumental ansamblı müşayiət edib. Ansamblın üzvləri - bədii rəhbər Əməkdar artist, Əliağa Sədiyev tarda, Əməkdar artist Elşən Mansurov kamançada, Əməkdar artist Şirzad Fətəliyev balabanda, Əməkdar artist Kamran Kərimov nağarada, Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov bəm tarda və Fərid Babayev bəm kamançada ifa ediblər.
Anşlaqla keçən konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının “Muğamat var olan yerdə” layihəsi çərçivəsində Səbinə Ərəblinin konserti keçiriləcək. Tədbir saat 19:00-da başlayacaq. Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az internet saytından əldə etmək olar.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info