“Mir Cəlalın əsasını qoyduğu məktəb hazırda da uğurla davam etdirilir” 
Tarix: 20.11.2017 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Los- Ancelesdəki baş konsulluğumuzun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. Bu, “ADA” Universiteti tərəfindən bu il nəşr edilmiş sözügedən kitabın ABŞ-da ilk təqdimatıdır.
Konsulluğun yaydığı məlumata görə, təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Mir Cəlal paşayevin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti haqda qonaqlara məlumat verərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb.
Diplomat qeyd edib ki, Mir Cəlalın əsasını qoyduğu məktəb hazırda da uğurla davam etdirilir. Mir Cəlalın əsərlərində geniş tərənnüm etdiyi humanizm, vətənpərvərlik və sosial ədalət prinsipləri universal dəyər daşıyır və yazıçının ədəbi yaradıcılığında önəmli rol oynayır.
Baş konsul qeyd edib ki, Mir Cəlal ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq, yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır.
Daha sonra baş konsulluq tərəfindən hazırlanmış, Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Sonra Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, Mir Cəlalın öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.
Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson, Kristina Gerla və Kris Agilanın təqdimatında Mir Cəlalın “Anket Anketov”, “İclas qurusu” və “Söyüd kölgəsi” hekayələri nümayiş etdirilib. Əsərlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tamaşadan sonra Los-Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında musiqi nümunələrimiz səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info