ANAMA: “Bir gündə Cocuq Mərcanlıda 10 min kvadratmetr ərazi təmizlənib”
Tarix: 20.11.2017 | Saat: 11:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 10 min kvadratmetr (1.0 ha) ərazi tam təmizlənib, 5 500 kvadratmetr (0.55 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.
Üç gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 31 min kvadratmetr (3.10 ha) ərazi tam təmizlənib, 19 min kvadratmetr (1.90 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ümumilikdə Agentlik tərəfindən yanvarın 1–dən noyabrın 19-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 17 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 170 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, “Norm” sement zavodunun ərazisinə, "STP" MMC-yə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodunun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 518 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 33 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 799 792 kvadratmetr ərazi (803 008 kvadratmetr əl ilə, 1 626 140 kvadratmetr mexaniki üsulla, 113 000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Avqustun 17-də hava meteohəssas insanlar üçün əlverişli olacaq
16.08.2018
Muxtar respublikadakı təhsil müəssisələrinin 91 faizində istilik sistemi mövcuddur
15.08.2018
Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
15.08.2018
Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır
14.08.2018
İsmayıllıda 61 ton bal istehsal edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info