“Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib
Tarix: 20.11.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Elmi-Tədqiqat Labaratoriyasının təşəbbüsü ilə “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirə təşkil edilib.
 
 
ADU-dan verilən məlumata görə, labaratoriyanın müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev siyasi antropologiyanın dünya elm sistemində mövqeyinin getdikcə möhkəmləndiyini və bu barədə Rusiya təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, gənc alim Eldar Əmirovun siyasi antropologiya mövzusunda uzun müddətdir araşdırmalar apardığını, hətta onun bir neçə il əvvəl “Azərbaycan xalqının siyasi antropologiyası” mövzusunda elmi tədqiqat işini müdafiə etdiyini, Azərbaycanda ilk dəfə “Siyasi antropologiya” fənnini tədris etdiyini diqqətə çatdırıb.
 
Daha sonra Rusiyaşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov “Rusiyada siyasi antropologiya: tarix və müasirlik” mövzusunda ictimai mühazirəsini təqdim edib. O, Rusiyada antropologiyanın keçdiyi inkişaf yoluna ətraflı nəzər salıb, bu istiqamətdə dəyərli tədqiqatlar aparmış görkəmli rus alimlərinin fəaliyyətini təhlil edib. E. Əmirov müasir dövrdə siyasi antropologiyanın Rusiyadakı vəziyyəti, bu istiqamətdə aparılan elmi axtarışlar barədə də məlumat verib: “Rusiyanın görkəmli siyasi antropoloqlarının və nəzəriyyəçilərinin əsərləri və fikirləri Azərbaycanda yeni olan siyasi antropologiya elminin inkişafında mühüm mənbələrdən biri kimi çıxış edə bilər”.
 
İctimai mühazirə böyük maraqla qarşılanıb, tədqiqatçı auditoriyanın suallarını cavablandırıb.
 
Tədbirdə qonaq qismində iştirak edən “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının yaradılmasını Rusiya-Azərbaycan mədəni-elmi, humanitar əlaqələri baxımından mühüm hadisə kimi qiymətləndirib və bu təşəbbüsə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya minnətdarlığını çatdırıb. A. Kalamin mühazirəçi Eldar Əmirovun əməyini də yüksək qiymətləndirib və qaldırılan problemlərin aktuallığı barədə danışıb. O, iki ölkə arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinin bildirib və bu cür ictimai mühazirələrin davamlı olmasını arzulayıb. “Rossotrudniçestvo” Agentliyi adından Laboratoriyaya Rusiya tarixinə, elminə və mədəniyyətinə dair kitablar da hədiyyə edilib.
Professor Məmməd Əliyev göstərilən diqqətə görə təşəkkür edib və bu cür ictimai mühazirələrin davam etdiriləcəyini, laboratoriyada yeni layihələrin hazırlandığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır
16.09.2020
Ali Məhkəmədə yeni İşçi Qrup yaradıldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11600

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info