İstiqlal Muzeyində tədbir-sərgi keçiriləcək
Tarix: 20.11.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


2017-ci il noyabrın 23-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimizin, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan - 37” adlı tədbir-sərgi keçiriləcək.
1920-ci ildən başlayaraq 30 ilə yaxın davam edən siyasi repressiyalar Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biridir. Bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalılarımız, şairlərimiz, yazıçılarımız, eləcə də dövlət xadimlərimiz repressiyanın qurbanına çevrildilər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatmışdır.
Muzeydə təşkil olunan sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunacaq.
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Cavidin adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyünün rəmzinə çevrilib və muzeydəki sərgidə ona aid guşə də tamaşaçılara təqdim olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, AMEA-nın Arxeologia və Etnoqrafiya İnstitutunun əməkdaşı Tufan Axundov və digər qonaqlar çısış edəcəklər.
Qonaqlar: tarixçilər, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və s.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Gənclər Azərbaycanı “Beynəlxalq Media Təlim Düşərgəsində“ uğurla təmsil ediblər
23.09.2019
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
23.09.2019
Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” qoruğunu ziyarət ediblər
23.09.2019
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info