Müsabiqə qalibləri olan tələbələr mükafatlandırılıblar
Tarix: 20.11.2017 | Saat: 12:39:00 | E-mail | Çapa göndər
“AtaTravel” MMC 11 oktyabr tarixində elan etdiyi tur proqram müsabiqəsinin qalibləri ilə görüş keçirdi. Görüşdə “AtaTravel” MMC-nin tur operatoru Rəvan Əhmədov bildirdi ki, tələbələr müsabiqədə aktiv olublar və maraqlı tur proqramlar təqdim ediblər. R.Əhmədovun sözlərinə görə, müsabiqədə bu cür aktiv iştirak gələcəkdə turizm ixtisası üzrə təhsil alan həmin tələbələrin daxili turizm üzrə fəaliyyətinə, bu sahədə bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcək. 
Tədbirdə turizm ixtisası üzrə təhsil alan Rəşid Əliyev və Aynurə Budaqova Azərbaycanın turizm bölgələri, həmin regiona aid əlamətdar turizm nöqtələri və marşrutları daxil edilmiş əsaslandırılmış tur proqram təqdim etdiklərinə görə qalib elan edildilər.
Şirkətin tur operatoru Rəvan Əhmədov qaliblərə sertifikat və hədiyyələr təqdim etdi. 
Qeyd edək ki, müsabiqə turizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilib.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2018
Bakının pərakəndə ticarət şəbəkəsində 2135,8 milyon manatlıq ərzaq məhsulu satılıb
18.05.2018
GMO məhsullarla bağlı əhali maarifləndirilir
18.05.2018
Excelsior otel oruc tutan insanlar üçün xüsusi rejimdə işləyir
18.05.2018
Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 56 əcnəbi aşkar edilib
18.05.2018
 “Bakcell”in ən populyar “Əla” tarifi limitsiz olub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9285

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


21.05 01:56
21.05 00:48
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info