Şəhid Urfan Vəlizadəyə həsr olunmuş layihəyə yekun vurulub
Tarix: 20.11.2017 | Saat: 12:52:00 | E-mail | Çapa göndər
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan şahinləri Qarabağda: Urfan Vəlizadə” layihəsinin yekunları ilə bağlı tədbir keçirib.
Noyabrın 18-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində keçirilən tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov layihəsi çərçivəsində keçirilən tədbirləri yüksək dəyərləndirib.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov aprel döyüşlərində qəhrəmancasına həlak olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Urfan Vəlizadənin həyat yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb. Tədbirdə şagirdlərin layihə ilə bağlı fikirləri dinlənib, layihənin yekunları ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Türkiyə Hərbi Hava Məktəbinə daxil olub. Türkiyə Hərbi Hava Məktəbində 5 illik təhsili başa vurduqdan sonra 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2006-cı il iyunun 26-da Könül xanım ilə ailə həyatı qurub. 2008-ci il martın 23-də Zəhra, 2015-ci il martın 14-də Betül adlı qız övladları dünyaya göz açıb.

2016-cı il aprel döyüşlərində mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılov ilə Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstərib. Qəhrəman pilotlarımızın birgə idarə etdiyi “Mi-24” helikopteri Azərbaycan ordusunun mövqelərinə hücum çəkən düşmən qüvvələrinə böyük zərbə vurub, düşmən qüvvələrini cəbhənin dərinliklərində məhv edib. Onların bu qəhrəmanlığı düşmənin hücumunun dəf olunmasında həlledici rol oynayıb. Ancaq bu qorxmaz Vətən övladlarının olduğu helikopter döyüş tapşırığını uğurla yerinə yetirib qayıdan zaman artıq Azərbaycan ordusunun mövqelərinə güclü hücum həyata keçirmək imkanlarını itirmiş düşmənin əsas hədəfi olub.

Helikopter cəbhədə neytral əraziyə düşüb, Urfan Vəlizadə və silahdaşları şəhid olub. Onların nəşi aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də Bakıda qəhrəman pilotlarla vida mərasimi keçirilib. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib
13.12.2017
Binəqədi rayon Gənclər evində “BMT Model” simulasiya oyunu keçirilib
13.12.2017
BANM Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişləndirir
13.12.2017
Oncildlik ədəbiyyat tarixinin birinci cildi ilin sonunadək çapa veriləcək
13.12.2017
Tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info