Hicran Hüseynova: “Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik” 
Tarix: 20.11.2017 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


“Uşaqların sağlam və xoşbəxt böyüməsi hər zaman olduğu kimi bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, təkcə ölkənin deyil, həm də Cənubi Qafqazın ən tanınmış qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu uşaq məsələlərinə xüsusi diqqət ayırır: ""Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" - devizini irəli sürən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli işlər görür. Bizim digər əsas tərəfdaşımız isə BMT-nin Uşaq Fondudur. 25 ilə yaxındır əməkdaşlıq çərçivəsində biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr keçirmişik, ölkə üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda BMT Uşaq Fondunun fəaliyyətə başlamasını ümummilli lider Heydər Əliyev yaxından dəstəkləyirdi. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən bu əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaq Fondunun təşəbbüsləri hökumət tərəfindən daim dəstəklənir. Bu isə həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz töhfəsini verir”.
H.Hüseynova uşaqların xalqımızın ən böyük və qiymətli sərvəti olduğunu da vurğulayıb: “Bizim sizinlə fəxr etməyə bir çox səbəblərimiz var, bir çoxunuz elmi olimpiadaların qalibisiniz, mötəbər idman yarışlarının çempionlarısınız, mədəniyyət sahəsində yüksək mükafatlar əldə edirsiniz. Vətənpərvərsiniz və milli adət-ənənələrimizə sadiqsiniz. Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik. Bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun törətdiyi ağır fəsadların deyil, həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda həyata keçirilir. Belə bir çətin şəraitdə yetişməkdə olan gənc nəslimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə edilməlidir. Eyni zamanda, gündən-günə güclənən dövlətimizə yüksək ixtisaslı kadrlar, peşəkar mütəxəssislər lazımdır. Vətəni təkcə fiziki güclə deyil, həm də elmlə, savadla qorumaq, möhkəmləndirmək lazımdır”.
H.Hüseynova əlavə edib ki, uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir: “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində sizin daha yaxşı təhsil almağınız, sağlam böyüməniz, rahat şəraitdə, təmiz mühitdə yaşamağınız və digər məsələlərlə bağlı bir çox məqsəd və hədəflər göstərilmişdir. 2030-cu ildə siz artıq yetkin bir şəxs olacaqsınız və bu məqsədlərə çatmaq üçün özünüz çalışacaqsınız. Biz sizə çox ümid edirik. İnanırıq ki, estafet çox etibarlı əllərdədir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info