Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb
Tarix: 20.11.2017 | Saat: 12:59:00 | E-mail | Çapa göndər
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstandan 194 mln. 726,2 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 455 mln. 674,4 min dollar dəyərində olub. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7,6% təşkil edib.

10 ay ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 8 mlrd. 566,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,7% çoxdur.

Qonşu ölkənin ixracı 29,4% artaraq 2 mlrd. 203,1 mln. dollar, idxal isə 7,8% artaraq  6 mlrd. 363 mln. dollar təşkil edib.

Cari ilin 10 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq  ferroərintilər (11,6%) və minik avtomobilləridir (7,9%).
 
Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,9%) və əczaçılıq məhsulları (4,4%) yer alıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.05.2018
ABŞ-ın paytaxtında Trans-Xəzər Forumu
19.05.2018
Dörd ayda dəmir yolu ilə 4,4 milyon ton yük daşınıb
18.05.2018
Ulduz Şokolad Fabriki “Made in Azerbaijan” brendi ilə ölkəmizi təmsil edir
18.05.2018
Jeroen Villems: “Azərbaycan kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazanıb” 
18.05.2018
QTA sahibkarlıq subyektlərində monitorinq və audit aparacaq

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9285

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


21.05 01:56
21.05 00:48
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info