BDU-nun 98 illiyinə həsr olunmuş intellektual yarış keçirilib
Tarix: 20.11.2017 | Saat: 14:24:00 | E-mail | Çapa göndər
18 noyabr tarixində Bakı Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan İntellektual Oyunlar Klubunun (AİOK) dəstəyi ilə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (BDU TGT) tərəfindən universitetin yaranmasının 98 illiyinə həsr olunmuş "BDU-98" adlı intellektual yarış keçirilib.
Ümumilikdə 3 saat davam edən yarışda qonaq qismində Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramin Cəbrayıl, idarənin əməkdaşı Samir Kazımov, AİOK-un sədri Aydın Piriyev və müxtəlif təhsil müəssisələrinin TGT sədrləri iştirak edib.
Bakı və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin də komandalarının qatıldığı yarışda ümumilikdə 50-dən çox komanda qalibiyyət uğrunda mübarizə aparıb. Komandaların gərgin mübarizəsi ilə 3 mərhələdə davam edən yarışda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Ala qarğa” komandası topladığı 16 balla 3-cü yerdə, Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası 18 balla 2-ci yerdə qərarlaşıb. Yarışın qalib komandası isə 26 bal toplayan Bakı Mühəndislik Universitetinin “Mühəndislik universiteti” adlı komandası olub.
İlk 3 yerin sahibi olan komandalar BDU TGT tərəfindən hədiyyələr, diplom və medallarla mükafatlandırılıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2018
“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib
18.05.2018
“Heydər Əliyev və Azərbaycan mediası“ mövzusunda konfrans keçirilib
18.05.2018
Məktəblilərin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib
18.05.2018
Müsabiqədə qalib gələn tələbələr imtahandan azad ediliblər
18.05.2018
Lüksemburqda Nizami Gəncəvinin anım günü keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9285

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


21.05 01:56
21.05 00:48
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info