Almaniyada “Gəzdim Azərbaycanı” filminin təqdimatı keçiriləcək
Tarix: 20.11.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər
“Məqsədimiz “Gəzdim Azərbaycanı” filmi ilə ölkəmizi almanlara tanıtmaqdır”
Noyabrın 18-də Bakıda “Rumya” hotelində uzun illərdir ki, qürbətdə yaşayan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevanın Azərbaycana gəlməsi və vətən təəssüratlarına həsr olunmuş "Gəzdim Azərbaycanı" filminin təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva çıxış edərək Cəmiyyət, eləcə də Almaniyadakı soydaşlarım adından hər kəsi salamladı: “Hər birinizə bizim çəkdiyimiz “Gəzdim Azərbaycanı” filminin təqdimat mərasimində iştirak etdiyiniz üçün öz minnətdarlığımı bildirirəm. Sizlərin burada iştirakını təkcə bizə deyil, ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə olan diqqət kimi qəbul edirəm”.
Naibə Hacıyeva dedi ki, “Gəzdim Azərbaycanı” filmi Alman-Azərbaycan Dostluq Cəmiyyətinin 2011-ci ildən bu yana həyata keçirdiyi saysız orijinal layihələrdən biridir: “Mən filmin çəkilməsində əziyyəti olan hər kəsə, özəlliklə filmin direktoru, hörmətli Elçin Quliyevə və "A.N.T" studiyasının kollektivinə təşəkkürümü bildirmək istərdim. Həqiqətən, onlar bütün güc və qüvvələrini sərf edərək çox gözəl bir film ortaya qoyublar. İnanıram ki, filmin nümayişindən sonra sizlər də bu təəssüratda olacaqsınız. Ayrıca “Rumya” hotelinin rəhbərliyinə filmin təqdimatı üçün yaratdığı bu gözəl şərait üçün minnətdarlığımı bildirirəm”.
O bildirdi ki, bu gün Azərbaycan dövlətinin diaspor siyasətinin prioritetlərindən biri də Azərbaycan həqiqətlərinin xaricdə təbliğ olunmasıdır: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV qurultayında çıxışında bizlərə bu göstərişi verdi və bildirdi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Dövlət başçısının Qurultaydakı çıxışı diasporumuz üçün növbəti beş ilin proqramıdır. Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq biz də ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yeni fəaliyyət proqramı hazırlamışıq. İlkin olaraq biz öz hesabımıza “Gəzdim Azərbaycanı” filmini çəkməyi qərar verdik. Filmdə Azərbaycanın hər bir dilbər guşəsini əks etdirən görüntülər var. Biz çəkiliş zamanı bu yerlərin hər birində olduq. Hətta almanların kompakt yaşadığı Şəmkir rayonuna da baş çəkdik. Filmdə Azərbaycanın regionlarındakı gəzməli, görməli yerlər, həmçinin tarixi, mədəni abidələr haqqında məlumat verilir. Məqsədimiz “Gəzdim Azərbaycanı” filmi ilə ölkəmizi almanlara tanıtmaqdır. Çünki biz bu filmi alman dilinə tərcümə edəcəyik. Daha sonra Almaniyada da bu filmin möhtəşəm təqdimatını keçirəcəyik”.
Daha sonra filmin nümayişi oldu. Ardınca “Rumya” hotelinin restoranında filmin müzakirəsi aparıldı. Millət vəkili Qənirə Paşayeva davamlı olaraq belə filmlərin çəkilməsinin vacib olduğunu dedi: “Naibə Hacıyava bir azərbaycanlı xanım olaraq bu filmi çəkməklə vətənpərvərliyini nümayiş edirib. Onun bu addımı xaricdə yaşayan digər soydaşlarımız da örnəkdir. Çünki bu film Azərbaycanı xaricdə tanıdacaq”.
Filmin direktoru Elçin Quliyev çəkiliş zamanı qarşılaşdıqları maraqlı hadisələr haqqında danışdı: "A.N.T" studiyasının istehsalı olan filmdə bir çox sənət adamları, ziyalılar çəkiliblər. Filmdə Azərbaycanın hər bir dilbər guşəsini əks etdirən görüntülər var”.
Mərasimində ölkəmizin digər görkəmli ziyalıları, dövlət rəsmiləri çıxış edərək filmlə bağlı təəssüratlarını bölüşdülər.
Sonda filmin çəkilişində xidmətləri olan bir sıra insanlara diplom və hədiyyələr təqdim edildi.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Azərbaycanlı sənətkar İstanbulda Çingiz Aytmatovun heykəlini ucaldıb
12.12.2017
Ulu öndər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edib
11.12.2017
“YARAT”da yeni film - “Buludlar səmanı tərk edirlər“
10.12.2017
Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?
10.12.2017
Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info