ADNSU-da şair və publisist Süleyman Əlisa ilə görüş keçirilib
Tarix: 20.11.2017 | Saat: 15:46:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tanınmış şair və publisist Süleyman Əlisa ilə görüş keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bu cür tədbirlərin keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb.
Süleyman Əlisa tədbir iştirakçılarına özü haqqında məlumat verib, müəllifi olduğu kitablar, iştirak etdiyi beynəlxalq konfranslar haqqında danışıb. “Təklə eli, tərəkəmə dünyası” kitabını tələbələrə təqdim edən şair və publisist S.Əlisa bu kitabın Azərbaycan xalqının etnik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəri olduğunu qeyd edib. Müəllif kitabda etnogenezimizdə mühüm rol oynayan ən böyük tayfalardan birinin – Təklə tayfasının nümunəsində xalqımızın tarixi, etnoqrafiyası, folkloru və bu sahədə həmin tayfanın yeri və rolu, etnoqrafik özünəməxsusluğu, ədəbi-bədii yaradıcılıq xüsusiyyətlərinin geniş araşdırıldığını tələbələrin diqqətinə çatdırıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Süleyman Əlisa dünya azərbaycanlılarının fəaliyyətini geniş işıqlandıran azərbaycançılıq ideyalarının yayılmasına xidmət edən “Neva sahillərində görüşlər”, “Moskvada Azərbaycan dünyası”, “Dünya azərbaycanlıları” kitablarının müəllifidir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib
13.12.2017
Binəqədi rayon Gənclər evində “BMT Model” simulasiya oyunu keçirilib
13.12.2017
BANM Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişləndirir
13.12.2017
Oncildlik ədəbiyyat tarixinin birinci cildi ilin sonunadək çapa veriləcək
13.12.2017
Tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info