“Qarabağ”a qalib gəlmək asan olmayacaq”
Tarix: 20.11.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Antonio Konte: “Bu görüş bizim üçün cari mövsümün ən vacib qarşılaşması olacaq”
“Çelsi”nin baş məşqçisi Antonio Konte noyabrın 22-də “Qarabağ”la Bakıda keçiriləcək Çempionlar Liqasının qrup oyunu ilə bağlı növbəti açıqlama verib. London klubunun saytına danışan italiyalı mütəxəssis bir daha bəyan edib ki, bu görüş onlar üçün cari mövsümün ən vacib qarşılaşması olacaq: “Qarabağ”la matçda qazanılacaq qələbə bizə 1/8 finalda oynamaq imkanı verəcək. Bu, çox vacibdir. Amma qalib gəlmək asan olmayacaq. Çünki onlar “Atletiko” ilə iki matçda uduzmayıblar. “Roma” ilə görüşdə məğlub olsalar da, sonadək mübarizə apardılar. Ona görə də qələbə qazanmaq üçün oyuna yaxşı köklənməli, üzərimizdə işləməliyik”. Antonio Konte bundan əvvəl ÇL-də “Roma”ya 0:3 hesablı məğlubiyyətə də toxunub: “Biz həmin matçda ilk hissədə 0:2 hesablı yenilgiyə layiq deyildik. Amma ikinci hissə bizim üçün pis oldu. “Çelsi” hesabı dəyişmək üçün heç nə edə bilmədi. Bununla belə, mən səmimi olacağam: futbolçularımız hər oyunda qalib gəlmək üçün əzm göstərirlər. Onlar bütün matçlarda sonadək mübarizə aparacaqlar. Bu mövsümün əvvəlində biz xeyli problemlə üzləşdik. İndi isə bunları həll etməyə çalışırıq. Eden Hazard, İngiltərədə ilk dəfə oynayan Morata kimi futbolçuları düz istiqamətə yönəltməliyik”.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
15.08.2018
“Sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur”
15.08.2018
“Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”
15.08.2018
“Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir”
15.08.2018
Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info