Güləşçilərimiz iki medal qazanıblar
Tarix: 20.11.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər
Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə “Alans” beynəlxalq turniri keçirilib. Baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar. Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, 97 kiloqram çəkidə yarışan Olimpiya çempionumuz Şərif Şərifov finaladək bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib. Turnirdə 57 kiloqram çəkidə yarışan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub. Hakim kimi görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib. I-S kateqoriyalı hakim Hicran Şərifov isə Dünya Güləş Birliyinin qərarına əsasən, hakim-instruktor kimi turnirin gedişinə nəzarət edib.




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Şəhriyar Məmmədyarov gümüş medal qazanıb
12.12.2017
Salah ən yaxşı oyunçu seçildi
12.12.2017
“Bizim üçün ağır püşk oldu”
12.12.2017
RAGB-nin komandasından Rusiyada uğur
11.12.2017
“Atletik“in qapıçısı “Real“a keçir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info