“Prezidentlər arasında keçirilən görüşü təqdir edirəm”
Tarix: 20.11.2017 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Mən Azərbaycan və Ermənistan prezidentləri arasında oktyabrın 16-da Vyanada Minsk qrupu həmsədrlərinin himayəsi altında keçirilən görüşü təqdir edirəm. Bu, bir ildən artıq müddət ərzində belə səviyyədə keçirilən ilk birbaşa görüş idi”. Bu barədə ATƏT-in baş katibi Tomas Qreminger dekabrın əvvəlində təşkilatın Vyanada keçiriləcək nazirlər görüşü ərəfəsində Rusiyanın “İnterfaks” Agentliyinə verdiyi müsahibəsində bildirib. O, sözünə davam edərək deyib: “Mən bu faktı təqdir edirəm ki, prezidentlər danışıqlar prosesinin intensivləşdirilməsi üçün tədbirlər görülməsi və təmas xəttində gərginliyin azaldılması barədə razılığa gəliblər”. Qremingerin fikrincə, uzanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu tərəflərin saf niyyətlə danışıqlar masasına qayıtmasıdır. ATƏT-in baş katibi deyib: “ATƏT dialoq üçün məkan təqdim edir və uzunmüddətli sülhə nail olmaq məsələsində tərəfləri dəstəkləyir. Bunun üçün isə tərəflərin əsl siyasi iradəsi və öhdəliyi lazımdır”. O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsinə yalnız tərəflər özləri nail ola bilərlər. ATƏT münaqişənin həlli yolunu diktə edə bilməz. “Son dərəcə mühümdür ki, tərəflər 1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminə dəqiqliklə əməl etsinlər. Üç həmsədrin rəhbərliyi ilə Minsk qrupu tərəflər üçün yeganə məqbul format olaraq qalır. Minsk qrupu ATƏT-in üzvü olan bütün dövlətlərin tam etimadını qazanıb. Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədri özünün xüsusi nümayəndəsi vasitəsilə gərginliyin aradan qaldırılması və danışıqlar prosesinin irəliləməsi məsələlərində daim tərəflərlə bilavasitə əlaqə saxlayır”, - deyən T.Qreminger daha sonra əlavə edib ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin mütəmadi keçirdiyi müşahidə missiyaları hərbi sahədə etimadı möhkəmləndirməyin yeganə sabit vasitəsi olaraq qalmaqdadır. Nazirlər Şurasının dekabr ayında Vyanada keçiriləcək iclası barədə danışan ATƏT-in baş katibi bildirib ki, ötən illərdə olduğu kimi bu il də Nazirlər Şurasının gündəliyi üçün spesifik mövzular olmayacaq. Tomas Qreminger daha sonra deyib: “ATƏT məkanında münaqişələrin gərginliyinin azaldılması ilə yanaşı, həmçinin ekstremizm və radikalizmə qarşı mübarizə məsələləri, habelə regionda ATƏT-ə etimadın bərpasına yönələn səylər müzakirə edilə bilər”.




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
15.08.2018
Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
15.08.2018
“Yeniakit.com.tr”: “Xəzər dənizi razılaşması Türkiyəyə xeyir gətirəcək”
15.08.2018
Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı Almaniya mətbuatında işıqlandırılıb
14.08.2018
Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info