Gəncə şəhərinin mərkəzində iki piyada keçidi açılıb
Tarix: 20.11.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Gəncə şəhərinin mərkəzində tikilən iki yeraltı keçidin açılış mərasimi olub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hazırda Nizami yurdunda icrası davam edən, həmçinin 2018-ci ildə yerinə yetiriləcək layihələr haqqında məlumat verib. Bildirilib ki, Heydər Əliyev prospekti ilə Cavad xan və Həsən Əliyev küçələrinin kəsişməsində avtomobillərin və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq olaraq iki və üççıxışlı 2 yeraltı piyada keçidi tikilib. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsindəki ikiçıxışlı (Gəncə Dövlət Filarmoniyasının qarşısına və Cavad xan küçəsinə çıxış) yeraltı keçidin uzunluğu 28, eni və hündürlüyü isə hər biri 4 metrdir. Keçidə 650 kvadratmetr qranit və mərmər döşənib, işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb. Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki üççıxışlı (Gəncə Dövlət Universitetinin əsas binasının qarşısına, şəhərin baş meydanına və “Gəncə Mall” ticarət mərkəzinin qarşısına çıxış) yeraltı keçidin uzunluğu 70, eni 4,4, hündürlüyü isə 3,7 metrdir. Keçidə 1000 kvadratmetr qranit və mərmər döşənib, tavan dekorativ elementlərlə bəzədilib. Çıxışlardan sonra keçidlərdə görülmüş işlərlə tanışlıq olub.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır
16.08.2018
Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür
16.08.2018
Azərbaycan əhalisinin sayı açıqlanıb
15.08.2018
Monteneqroda azərbaycanlı turistləri nə gözləyir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info