Digər universitetlərdən UNEC-ə köçürülən tələbələrlə tanışlıq görüşü
Tarix: 20.11.2017 | Saat: 19:37:00 | E-mail | Çapa göndər
UNEC-də digər universitetlərdən köçürülən tələbələrlə görüş keçirilib. Tanışlıq xarakteri daşıyan görüşdə UNEC-in tələbə rektoru Cabbar Hüseynli və tələbə təşkilatlarının rəhbərləri iştirak edib. C.Hüseynli tələbələrə UNEC barədə geniş məlumat verərək, burada həyata keçirilən ikili diplom, mübadilə və xüsusi təqaüd proqramlarından söz açıb. Tələbələrə Elektron Universitet Modeli barədə ətraflı məlumat verən tələbə rektor onların şəxsi kabinetdən istifadəyə dair suallarını cavablandırıb. UNEC Karyera Mərkəzindən bəhs edən C.Hüsenli tələbələrin öz startap layihələrini İnnovativ Biznes İnkubatorunda reallaşdıra biləcəklərini qeyd edib. O, xüsusi bacarığı ilə fərqlənən tələbələr üçün Yaradıcılıq Mərkəzinin fəaliyyət göstərdiyini də bildirib. Tələbə təşkilatlarının sədrləri rəhbərlik etdikləri qurumlar barədə ətraflı məlumat verərək, həyata keçirdikləri layihələrdən bəhs ediblər. Görüş universitet ərazisində infoturla davam edib. Tələbələr kitabxana və Radio UNEC ilə tanış olublar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib
16.02.2018
“İstedadlar sorağinda-2018”
16.02.2018
Türkiyəli professor Bilik Fondunda oldu
16.02.2018
Paytaxt məktəblisi Avropa çempionatında ikinci yerə layiq görülüb
16.02.2018
BANM-də ilk dəfə “Karyera sərgisi” təşkil olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8421

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info