Bakı Limanı MDB-də Yaşıl Liman statusuna malik ilk liman olacaq
Tarix: 20.11.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər
Kestutis Yankauskas: “BTQ dəmir yolu Bakı Limanının əhəmiyyətini daha da artırır”

Bakı Limanı “Yaşıl Liman” təşəbbüsü üzrə Avropa İttifaqı ilə əlaqələri genişləndirir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) TAIEX aləti çərçivəsində “Yaşıl Limanların İnkişafı” mövzusunda seminar keçirilib. Bir sıra dövlət qurumlarının və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin mütəxəssislərinin iştirak etdiyi seminarın əsas məqsədi yaşıl və ağıllı limanların inkişafında yeni təşəbbüsləri iştirakçıların diqqətinə çatdırmaq, yaşıl mədəniyyəti təşviq etməkdir. Qeyd edək ki, 2013-cü ildə Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarının təmin edilməsi üçün yaşıl infrastrukturdan istifadə strategiyası qəbul edilib. Yeni strategiyanın əsas məqsədi dəniz nəqliyyatı və limanlarda yaşıl infrastrukturun inkişafına yönəlib. Hazırda Bakı Limanı Yaşıl Liman statusu almaq üçün bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq etməkdədir. Bakı Limanının baş direktoru Taleh Ziyadov qonaqları Bakı Limanının dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilməsi üçün ən son texnologiya və ekoloji standartlara üstünlük verildiyini bildirib. “Ələt qəsəbəsində inşa olunan yeni Bakı Limanı MDB ölkələri arasında Yaşıl Liman statusuna malik ilk liman olacaq. Bu məqsədlə limanda Xəzər hövzəsində ilk dəfə olaraq neftlə çirklənmiş və məişət suları təmizləyən qurğular istismar olunur”. Baş direktor eyni zamanda liman əməliyyatlarında alternativ enerji mənbələrinə üstünlük veriləcəyini qeyd edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz növbəsində, “Yaşıl Limanların İnkişafı” mövzusunda keçirilən TAIEX seminarının əhəmiyyətli olduğunu qeyd edərək daha təmiz enerjiyə keçid dövründə limanların mühüm rol oynadığını bildirib. “Yaşıl limanlara investisiya qoymaq və onları enerji baxımdan daha da səmərəli etmək gələcəyin iqtisadiyyatına qoyulan sərmayədir. Bu baxımdan Aİ Bakı Limanını dəstəkləməyə və öz bilik və təcrübəsini bölüşməyə hazırdır”. Seminarda “Bakı Limanında əməliyyat problemlərinə ağıllı həllər”, “Bakı Limanının yaşıl liman konsepsiyası”, “Gələcəyin limanları: ağıllı limana çevrilməsi üçün lazımi həll yolları”, “Davamlılıq, rəqabətin mühüm cəhəti kimi: davamlı və yaşıl təchizat zəncirləri”, o cümlədən “Ətraf mühitin idarə olunması üzrə Aİ qaydaları - qaydaların Bakı Limanında və digər regional limanlara tətbiq etmək imkanları” kimi mövzularda Aİ-nin ekspertləri öz təcrübələrini bölüşərək müzakirələr aparılıb. Qeyd edək ki, Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Bakı Limanının əhəmiyyətini daha da artırır. O bildirib ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin keçdiyi Bakı şəhəri logistik mərkəzə çevrilmək üçün möhtəşəm mövqedədir. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də istifadəyə verilməsi bu yöndə atılan böyük addımdır. Yankauskas qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Bakı Limanının əhəmiyyətini daha da artırır, Asiyadan Avropaya yük və sərnişinlərin daşınmasında, ticarətin stimullaşdırılmasında, strateji əlaqələrin inkişafında böyük rol oynayır.
Anar




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq
12.12.2017
Neft bahalaşıb
12.12.2017
FED-in iclası fonunda dollar ucuzlaşır
12.12.2017
Muzdla çalışanların orta aylıq əmək haqqı 6,4% artıb
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info