Emin Sabitoğlunun 80 illiyi qeyd olunacaq
Tarix: 20.11.2017 | Saat: 22:21:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
APA-nın məlumatına görə, Gecədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və maestro Rauf Abdullayev, ikinci hissədə isə Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və tanınmış müğənnilərin ifasında bəstəkarın simfonik əsərləri və mahnıları səslənəcək.

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir çox məşhur kinofilmlərə yazılan maraqlı, yaddaqalan musiqi müəllifi kimi də tanınır. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına yazdığı musiqi isə Emin Sabitoğlunun yaradıcılığında xüsusi yer tutur. Görkəmli bəstəkar 1978-ci ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1986-cı ildə Dövlət mükafatı laureatı, 1997-ci ildə “Şöhrət” ordeninə, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, yubiley tədbiri Azərbaycan prezidentinin “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” 5 avqust 2017-ci il tarixli sərəncamının icrasına əsasən təşkil ediləcək.




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək
22.02.2018
Oqtay Mirqasımov ustad dərsləri keçəcək
21.02.2018
Elza İbrahimovanın xatirəsi anılıb
21.02.2018
Qusarda “Xəcalət” tamaşası təqdim ediləcək
21.02.2018
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8467

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 SOCAR ötən il beynəlxalq ticarət həcmini 2 dəfədən çox artırıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info