Tanınmış iraqlı jurnalist Ermənistanın işğalçı siyasətindən yazıb
Tarix: 21.11.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


İraqın “əl-Muraqib əl-İraqi” qəzetində tanınmış jurnalist Mutəz Muhy Əbdülhəmidin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.
Müəllif Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqa malik olduğunu, Ermənistanın bu hüququ pozaraq ölkəmizin torpaqlarını işğal etdiyini yazır. O qeyd edir ki, Sovet İttifaqı dağılarkən Dağlıq Qarabağ vilayəti Azərbaycanın bir hissəsi idi. Ermənistan və Azərbaycan da 1991-ci il dekabrın 21-də Almatı Bəyannaməsini imzalayaraq Müstəqil Dövlətlər Birliyinə daxil oldular. Bəyannamədə regional inteqrasiyaya çağırılır, MDB-yə daxil olan hər bir ölkənin ərazi bütövlüyü və mövcud sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət öz əksini tapır. Bu, o deməkdir ki, dövlətlərin Sovet İttifaqı dövründən qalma inzibati sərhədləri yalnız qarşılıqlı razılıq əsasında dəyişilə bilər”.
Mutəz Muhy Əbdülhəmid BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini və münaqişənin həlli ilə bağlı qəbul edilmiş digər sənədləri yerinə yetirmədiyinə görə Ermənistan rəhbərliyinin beynəlxalq müstəvidə heç bir təzyiqə və sanksiyaya məruz qalmamasından təəccübünü gizlətmir.
Müəllif hesab edir, münaqişə beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. İraqlı jurnalist məqaləsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri ilə bitirir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info