“Bəkirnamə” kitabı ictimaiyyətə təqdim olunub
Tarix: 21.11.2017 | Saat: 13:16:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuadın “Bəkirnamə” kitabının təqdimatı keçirilib.
AMEA-dan bildirilib ki, kitab görkəmli ədəbiyyatşünas alim, "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar Elm Xadimi, iki dəfə Dövlət mükafatı laureatı, mərhum akademik Bəkir Nəbiyevə həsr olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli elm xadimi B.Nəbiyev haqqında yazılan çoxsaylı məqalə və kitablarla müqayisədə bu əsərin bəzi elementlərə istinad edilərək elmi publisistik üslubda, epizodik şəkildə və hər bir oxucunun anladığı dildə yazıldığını diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti “Bəkirnamə”də görkəmli alimin elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin ibrətamiz cəhətlərinin sintez edilməsini və B.Nəbiyevin elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı adlandırıb.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə çıxışında bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr – “Şahnamə”, “İsgəndərnamə”, “Bəhramnamə” kimi “Bəkirnamə”nin də yazılması çox təbiidir. Namə el arasında öz sahəsində nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir. “Bəkirnamə”də fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin taleyi işıqlandırılır. T.Kərimli unudulmaz alim B.Nəbiyevin Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını söyləyib, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.
Xalq Şairi Sabir Rüstəmxanlı görkəmli alimin Azərbaycan elminin inkişafındakı rolunu və mövqeyini xüsusi qeyd edib. Bildirib ki, B.Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Jalə Əliyeva, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel və digər çıxış edənlər alimin çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıblar.
“Bəkirnamə” kitabının müəllifi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad bildirib ki, zəngin yaradıcılığı ilə Azərbaycan elmində parlaq səhifələr yaratmış, ədəbiyyatşünaslığımızın dinamik inkişafında müstəsna xidmətləri olmuş B.Nəbiyev haqqında belə bir əsərin yazılması onun öz müəlliminə böyük ehtiramın nümunəsidir.
Sonda mərhum akademikin qızı, Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Bakıda “İsveçrə və onun təbiəti“ mövzusunda rəsm sərgi
12.12.2017
Azərbaycanlı sənətkar İstanbulda Çingiz Aytmatovun heykəlini ucaldıb
12.12.2017
Ulu öndər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edib
11.12.2017
“YARAT”da yeni film - “Buludlar səmanı tərk edirlər“
10.12.2017
Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info