“Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi
Tarix: 21.11.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il millət vəkilləri, dövlət rəsmiləri, musiqiçilər, media nümayəndələri və bəzi şirkətlər layiq görülüb. Mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim olunur. Mərasimdə çıxış edən təşkilat komitəsinin koordinatoru Anar Sarıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Mükafata layiq görülən Azərbaycan Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov vurğulayıb ki, bugünkü gənclər Ulu Öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə çox xoşbəxtdirlər. Millət vəkili Qənirə Paşayeva da bu mükafata layiq görüldüyündən şad olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Mükafata layiq görülən digər millət vəkilləri qürur hiss duyduqlarını deyib, Gənclər Mərkəzinə təşəkkür ediblər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info