Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Tarix: 21.11.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib.
 
Kimya və Yer elmləri bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə akademiyanın prezidenti Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, yerli və xarici qonaqlar iştirak edib.
 
Akademik Akif Əlizadə Xudu Məmmədovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb, alimi unikal şəxsiyyət, böyük vətənpərvər kimi dəyərləndirib: “Xudu Məmmədov kristalloqrafiya sahəsində öz sözünü demiş alimlərdən biri olmasıyla yanaşı, sovet rejiminin hökm sürdüyü dövrdə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan idi. Onun təkcə alim kimi yox, müəllim kimi də çox böyük fəaliyyəti olub, özündən sonra görkəmli alimlər ordusu yetişdirib”.
 
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Xudu Məmmədovun elmi-ictimai fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb.
 
Tədbirdə Amerika Birləşmiş Ştatlarının Virciniya Universitetinin professoru Faiq Musayevin “Xudu Məmmədov və zülalların quruluşu və problemləri”, Türkiyənin Kars Universitetinin professoru Hacalı Nəcəfovun isə “Xudu Məmədov yaradıcılığında elm və sənətin vəhdəti” mövzularında məruzələri dinlənilib. 




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info