Ermənistanda qiymətlər artır
Tarix: 21.11.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Ermənistanda minlərlə ailənin ümid yeri olan xaricdən pul köçürmələri xeyli dərəcədə azalıb

Artıq son bir ay ərzində Ermənistanda bir sıra məhsullar üçün pərakəndə satış qiymətlərində artım müşahidə olunmaqdadır. Məsələ bundadır ki, Ermənistanda minlərlə ailənin ümid yeri olan xaricdən pul köçürmələri xeyli dərəcədə azalıb. Rusiyadan pulköçürmələrinin azalması yoxsul Ermənistan ailələri üçün faciədir.
“News.am” saytı Ermənistanın Mərkəzi Bankının araşdırmalarına istinadən yazır ki, ölkəyə xaricdən köçürülən maliyyənin əsas hissəsi qida ehtiyacları, xüsusən də ərzaq ehtiyacları üçün xərclənir. Buna görə də köçürmələrdə problem yaranması əhalinin dolanışığı və alıcılıq qabiliyyətinə ciddi təsir göstərir. Bazarlarda alverin minimum səviyyəyə enməsi, erməni iş adamlarını ölkəyə gətirdikləri malların satışına məhdudiyyət qoymağa vadar edir. Bu şəraitdə, ermənilər yenə də xaricdən, daha çox Rusiyadan göndəriləcək pulköçürmələrin artacağına ümidlidirlər. Qeyd edilməlidir ki, Ermənistan bazarlarında, ümumilikdə bütün satış mərkəzlərində satılan malların qiymətinin yüksəlməsi səbəbləri də fərqlidir. Yəni ölkəyə gətirilən bəzi mallar bir çox qiymət artımı etapından keçir. Pərakəndə satışda hər hansı bir malın qiyməti satıcılar tərəfindən tez-tez hiyləgər oyunla tənzimlənir. Yəni hər hansı malın qiyməti heç bir əsas göstərmədən, özbaşına artırılır. Deyək ki, çox az miqdarlı dramla. Buna o qədər də əhəmiyyət verməyən alıcı, növbəti dəfə yenə də malın qiymətinə az miqdarlı dramın əlavə olunması ilə rastlaşır. Maraqlıdır ki, Ermənistanda bu artıq əksər ticarət mağazalarında adi hal almaqdadır. Nəticədə, bu "bir neçə dram" alıcıların xərclərini əhəmiyyətli bir rəqəmə çatdırır. Təbii ki, pərakəndə satış mərkəzlərinin təcrübəsindən. ölkənin digər satış mərkəzləri də yararlanmağa çalışır. Nəticədə isə Ermənistanda qiymət məsələsində bir növ "domino effekti" yaranır. Təbii ki, bu da sadə erməninin kasıb cibinin təmizlənməsinə hesablanıb. Ölkənin bir çox əyalətlərində bəzi malların pərakəndə satışı inhisara alınıb. Belə görünür ki, yaxın gələcəkdə Ermənistanda minimum əməkhaqqının və pensiya məbləğinin artacağı gözlənilmir. Ona görə də qiymətlərin belə manipulyasiyası cəmiyyətin əksər hissəsinin həyat səviyyəsinə ciddi təsir göstərməkdədir. Buna görə qiymətlərlə əlaqədar problemlər yaxın vaxtlarda ölkədə vəziyyəti daha da kəskinləşdirəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info