Suriya ilə bağlı həlledici qərar: hər şey Putin-Ərdoğan-Ruhani görüşündən asılıdır
Tarix: 21.11.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər
Bəşər Əsəddən gözlənilməz Soçi səfəri: 4 saat davam edən Putin-Əsəd görüşündə Suriya prezidenti danışıqlara hazır olduğunu elan edib

Suriyada münaqişədən sonra sülh prosesinin hansı istiqamətdə gedəcəyi ilə bağlı qızğın danışıqlar prosesinə start verilib. Rusiya, Türkiyə və İran Suriyanın gələcəyini həll edir. Regionda silahlı güclə və bir sıra təşkilatlara dəstək verməklə təmsil olunan ABŞ, hələ ki, prosesi kənardan izləyir. Bəzi ekspertlər hesab edir ki, ABŞ-la Rusiya arasında bu məsələ ilə bağlı razılıq var. Ən azından Trampla Putinin bir müddət əvvəl keçirilən ASEAN toplantısında imzaladıqları bəyanat da bunu təsdiqləyir. Amma fakt budur ki, Astana prosesinin əsas fiqurları Rusiya, Türkiyə və İrandır. Bir neçə gün əvvəl həmin ölkələrin xarici işlər nazirləri Antalyada bir araya gələrək Suriya məsələsi ilə bağlı detallı müzakirə keçirdilər.
Dünən Türkiyə, Rusiya və İran ordularının baş qərargah rəisləri Soçidə görüşüblər. Diplomatların və hərbçilərin toplantısının detalları açıqlanmasa d, bu görüşlər Soçidə bir araya gələcək Rusiya, Türkiyə və İran dövlət başçılarının müzakirəsinə hazırlıq xarakteri daşıyır. Bu gün Soçidə biri araya gələcək Putin-Ərdoğan-Ruhani triosunun verəcəyi qərar Suriyanın gələcəyi ilə bağlı həlledici ola bilər.

Ruhani İraq və Suriyada “İŞİD” üzərində qələbə qazanıldığını elan edib
Suriya dövlət başçısı Bəşər Əsədin gözlənilmədən Soçiyə səfər edərək Putinlə görüşməsi də bu ehtimalı gücləndirir. Əvvəlcə onu qeyd edək ki, Soçi görüşündən bir gün əvvəl İran dövlət başçısı Ruhani açıqlama verərək İraq və Suriyada “İŞİD” üzərində qələbə qazanıldığını elan edib. Bu münasibətlə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani İran liderini təbrik edib. Rusiya prezidenti Vladimir Putin isə suriyalı həmkarı Bəşər Əsədlə Soçidə keçirdiyi görüşdə bəyan edib ki, Suriyada terrorçulara qarşı əməliyyat sona çatmaq üzrədir: “Yekun qələbəyə hələ çox var. Suriyada terrorçulara qarşı birgə mübarizəmizə gəldikdə isə bu hərbi əməliyyat yekunlaşmaq üzrədir. İndi əsas məsələ siyasi nizamlanma prosesinə keçid etməkdir. Dəməşq sülh və sabitlik istəyənlərlə işləməyə hazırdır”. Putin Suriyanın sülh istəyən dövlətlərlə siyasi əməkdaşlığa hazır olduğunu qeyd edib. Son illər Suriyada terrorçularla mübarizədə uğurlar əldə edildiyini, ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumağa müvəffəq olduqlarını vurğulayan Bəşər Əsəd isə bildirib ki, Suriyanın əsas hissəsi terrorçulardan azad edilib: “Həmin yerləri tərk etməyə məcbur olan suriyalılar artıq geri qayıdıb”. Siyasi inkişaf baxımından Rusiyanın köməyinə ümid etdiyini qeyd edən Əsəd deyib ki, Suriya xalqı artıq geriyə baxmaq istəmir: “Kim bizimlə siyasi əməkdaşlıq qurmaq istəyirsə, onlarla dialoqlar aparmağa hazırıq”. Əsəd görüşdə bildirib ki, Suriyanın dövlət kimi qorunması, ərazi bütövlüyünün saxlanılması Rusiyanın hesabına olub və suriyalılar bunu heç vaxt unutmayacaqlar. Putin-Əsəd görüşünün 4 saat davam etməsi dövlət başçılarının xırda detalları müzakirə etməsinə işarədir. Əsəd danışıqlara hazır olduğunu deməklə yanaşı, Putindən xahiş edib ki, xarici oyunçuların siyasi prosesə qarışmasına imkan verməsin.

Putinin təşəbbüsü ilə çağırılacaq Konqresdə kimlər təmsil olunacaq?

Xatırladaq ki, Rusiya dövlət başçısı Suriya Milli Dialoq Konqresinin çağırılması təşəbbüsü ilə çıxış edib. Noyabrın əvvəlində bu toplantının keçirilməsi nəzərdə tutulurdu. Amma toplantıya PKK-nın Suriyalı qolu olan PYD-nin də dəvət edilməsi Ankaranın sərt narazılığına səbəb oldu. Bunu nəzərə alan Kreml toplantını təxirə salmalı oldu. Soçidə keçiriləcək 3 prezidentin müzakirə edəcəyi əsas məsələ də Suriyanın gələcəyini müəyyən edəcək Konqreslə bağlı olacaq. Plana əsasən həmin Konqresdə konstitusiya komissiyası yaradılmalı və yekun sənəd qəbul edilməlidir. Toplantıya bütün etnik və dini qrupların, daxili və xarici müxalifət nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulub. Müşahidəçi kimi BMT, Dünya Səhiyyə Təşkilatı və Qırmızı Xaç Komitəsindən də nümayəndələr dəvət edilib. Ankara, Moskva və Tehran bu məsələ ilə bağlı detalları gizli saxlayırlar. Amma Suriya müxalifətindəki qruplardan biri Konqresin 2-4 dekabr tarixində olacağını açıqlayıb. Suriya daxilində və xaricində olan müxalifət nümayəndələri və hökumət qüvvələri də daxil olmaqla təxminən 1500 nəfərlik toplantı keçirilməsi gözlənilir. Əsas ziddiyyətli məsələ kürdlərlə bağlıdır. Ankara PYD-nin toplantıya qatılmasını istəmir. Rusiya dövlət başçısının köməkçisi Uşakov da bildirib ki, bu məsələ dövlət başçılarının Soçi sammitində müzakirə ediləcək. Putin Əsədlə görüşdə detallarla bağlı maraqlı dövlətlərlə müzakirələr aparılacağını deyib. Artıq Qətər əmiri ilə telefonda danışdığını deyən Putin ABŞ dövlət başçısı Tramp və Yaxın Şərq ölkələrinin rəhbərləri ilə sammitdən əvvəl danışıqlar aparacağını qeyd edib. Kremlin planına əsasən Konqresdə Suriya müxalifəti bir qüvvə ilə təmsil olunsa, yaxşı olar. Buna nail olunacağı, hələ ki, bəlli deyil. Suriya müxalifət qüvvələrinin Ər-Riyadda görüşü olacaq. Əgər həmin toplantıda razılıq əldə olunsa, Suriya müxalifəti Soçi Konqresində vahid qüvvə ilə çıxış edə biləcək. Rəsmi Dəməşqlə də danışıqları həmin qüvvə aparacaq. İndiyə qədər Cenevrə platformasında keçirilən danışıqlarda Suriya müxalifətini üç qüvvə təmsil edib və onlar qeyri-rəsmi şəkildə Qahirə, Moskva və Ər-Riyad müxalifət qüvvəsi adlandırılır. Xatırladaq ki, Suriya münaqişəsi Astana ilə yanaşı, Cenevrə platformasında da müzakirə edilir. Putin elan edib ki, noyabrın 22-24-də Səudiyyə Ərəbistanında keçiriləcək Ər-Riyad müxalifət qruplaşmasının toplantısında şəxsi nümayəndəsi də iştirak edəcək. Kremlin Ankara və Tehranla birgə səyinin nə dərcədə effekt verəcəyini zaman göstərəcək. Amma ekspertlər bildirirlər ki, hər şey Ərdoğan-Putin-Ruhani görüşündə asılıdır. 3 prezident razılaşma əldə edə bilsə, Suriyada sülh prosesinə, siyasi dialoqa start veriləcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Azərbaycan-Vatikan əlaqələrinin dair fikir mübadiləsi aparılıb
13.12.2017
ABŞ-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
12.12.2017
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
12.12.2017
İraq üzərindən uçuşları bərpa edilib
12.12.2017
Təbrizdə ümummilli liderin anım mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info