Neft Fondunun büdcəsi hazırlanarkən Hesablama Palatasının rəyi nəzərə alınacaq
Tarix: 21.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
Dövlət Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra qurumun icraçı direktoru fondun büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq NF vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı, Neft Fondu NF investisiya siyasəti və fondun idarə edilməsi ilə bağlı illik xərclər smetası ilə birlikdə Neft Fondunun Müşahidə Şurası ilə bərabər Hesablama Palatasına da təqdim edəcək. Bu, Prezidentin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb. Müşahidə Şurası artıq Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verəcək. Eyni zamanda Müşahidə Şurası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verəcək. Qeyd edək ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda müvafiq dəyişikliklər edilib. Qanuna dəyişikliklər Hesablama Palatasına dövlət büdcəsinin layihəsinə və büdcənin icrasına dair səlahiyyətlərinin artırılması ilə bağlı olub.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Yaponiyanın “Tokio FM” radiosunda Azərbaycan haqqında veriliş
19.02.2018
20 Yanvar əlillərinin prezident təqaüdü 10 faiz artırılıb
19.02.2018
Müharibə əlillərinə verilən prezident təqaüdü artırılıb
19.02.2018
Seçici siyahıları martın 3-dək hazır olacaq
19.02.2018
“Şimal-Cənub” dəhlizinin tərkib hissəsi olan yolun tikintisinə vəsait ayrıldı

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8437

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info