“The Washington Times” qəzeti: “Qanunsuz rejimə yardım göstərilməsi hüquqa ziddir”
Tarix: 22.11.2017 | Saat: 12:58:00 | E-mail | Çapa göndər
“The Washington Times” qəzetində “Jewish News Service” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın “Dağlıq Qarabağ ucbatından mənəvi oriyentirlərin itirilməsi” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, bu materialda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı qanunsuz rejimə maliyyə yardımı göstərilməsinin hüquqa zidd olması və Amerika hökuməti tərəfindən belə hərəkətlərin ABŞ-ın rəsmi xarici siyasətinə uyğun gəlməməsindən bəhs edilir.
Müəllif yazır ki, Amerika tərəfindən başqa dövlətlərə maliyyə yardımı məsələsinə baxıldıqda çox vaxt bu yardımın dollar şəklində ifadəsi deyil, bu və ya digər ölkəyə yaxud region ölkələrinə yardımın mənası xüsusi əhəmiyyət kəsb edir. Kamaras qeyd edir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olan, Ermənistan tərəfindən qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağa yardımı məsələsi buna əyani nümunədir.
Cari ilin may ayında Ermənistan ciddi zərbə aldı: Prezident Trampın 2018-ci ilin maliyyə ili üçün təklif etdiyi büdcədə Ermənistana yardım təxminən 70 faiz azaldılaraq 22,4 milyon dollardan 6,8 milyon dollara endirildi.
Bununla bərabər, elə həmin büdcədə Azərbaycana yardım düz 90 faiz azaldılaraq 1 milyon dollara endirildi. Xarici yardımın kəskin şəkildə azaldılması Tramp administrasiyasının fərqləndirici cəhətidir və nəzəri baxımdan heç bir ölkə bunu öz ünvanına qəbul etməməlidir, çünki ABŞ hökumətinin fəaliyyətində bir sıra sektorlarda xərclər azaldılır. Lakin müəllifin fikrincə ABŞ administrasiyası Avrasiyaya xərclərini azaltmaqla, Ermənistan tərəfindən ərazisi işğal edilmiş Azərbaycanı çətin vəziyyətə salmaqla, əslində işğalçı dövlət olan Ermənistana yardımın azaldılması ilə müqayisədə Azərbaycana yardımın daha çox azaldılması nəticəsində öz mənəvi oriyentirlərini itirmiş olur.
Kamaras Dağlıq Qarabağ münaqişəsi barədə faktları araşdıraraq bu nəticəyə gəlir ki, ABŞ bu qərarına yenidən baxmalıdır. Daha sonra müəllif bu qənaətə gəlməsinin səbəblərini sadalayır.
Birincisi, ABŞ işğal olunmuş, tanınmamış bir ərazini maliyyələşdirir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, habelə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi qeyd edildiyi BMT Baş Məclisinin 19/13 və 57/298 saylı qətnamələrinə ziddir.
İkincisi, ABŞ Dövlət Departamenti təsdiqləyir ki, ABŞ “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır və onun rəhbərliyi istər beynəlxalq səviyyədə, istərsə də Birləşmiş Ştatlar tərəfindən tanınmayıb. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqlara aid məsələdir”. Lakin Kamaras vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünə həqiqi dəstək Ermənistanın işğalçı siyasətinə ABŞ tərəfindən qəti etiraz şəklində, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının tamamilə kəsilməsi yolu ilə ifadə edilməlidir.
Üçüncüsü, ABŞ qanunsuz rejimə yardım göstərməklə erməni lobbisinə uyaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edən bəzi qanunvericiləri daha da ruhlandırır. Məsələn, ABŞ Nümayəndələr Palatasının üzvləri – Kaliforniyadan Deyvid Valadao, Nyu-Cersidən Frenk Pallon və Havay adalarından Tulsi Qabbard bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisinə “diplomatik səfər” etməklə həm Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin pozulması faktına etinasızlıq göstərib, həm də ABŞ-ın rəsmi xarici siyasətinin prinsiplərini pozublar.
Kamaras öz məqaləsində daha sonra yazır ki, Ermənistan faktiki olaraq üçüncü dövlətin vassalıdır, lakin buna baxmayaraq amerikalı vergi ödəyicilərinin pullarından istifadəni davam etdirir. Müəllif yazır ki, Amerika Ermənistana və işğal edilmiş Dağlıq Qarabağa münasibətdə düzgün, yəni həm maliyyə, həm də mənəviyyat baxımından ağlabatan siyasət yürütməlidir.
Amerika başqa dövlətlərin vassalları olmayan real müttəfiqlərini maliyyələşdirməlidir. Amerika Dağlıq Qarabağda Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimə yardımı dayandırmaqla onun xaricə kömək göstərməsində maliyyə baxımından çox şey dəyişməyəcək, lakin bu, bütün dünyaya ünvanlanan adekvat cavab olacaq, təsdiq edəcək ki, işgüzarlıq və mənəviyyat məsələsi Birləşmiş Ştatlar üçün əhəmiyyət kəsb edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Azərbaycan-Vatikan əlaqələrinin dair fikir mübadiləsi aparılıb
13.12.2017
ABŞ-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
12.12.2017
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
12.12.2017
İraq üzərindən uçuşları bərpa edilib
12.12.2017
Təbrizdə ümummilli liderin anım mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info