ADTGT erkən nikahlarla bağlı növbəti tədbirini Şamaxıda keçirib
Tarix: 22.11.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlamışdır. Maarifləndirmə, sosial aksiya və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edir. Bu haqda ADTGT ictimai əlaqələr və informasiya departamentindən məlumat verilib.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

Növbəti regional maarifləndirici seminar 30 nəfər təhsil, səhiyyə, gənclər-idman, ədliyyə, hüquq-mühafizə orqanları, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Şamaxı rayonunda keçirildi. Seminarın rəsmi açılışına ADTGT sədri Asif Əsgərli, Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Balaqadaş Eynalova, rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Mərhəmət Mustafayev və digər rəsmi qonaqlar qatıldılar.

Seminarı açıq elan edən Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov belə maarifləndirici layihənin icrasına görə ADTGT-yə və AR Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdi. Sonra təşkilatın sədri Asif Əsgərli çıxış edərək, layihənin məqsədi, fəaliyyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

Rəsmi şəxslər və qonaqlar çıxış edərək, tədbirin müsbət əhəmiyyətini və maarifləndirici rolunu qeyd etdilər. Tədbir iştirakçılarının interaktiv müzakirələri və maariflənmələri ilə davam etdi. Layihənin təlimçi-ekspertləri Gülnarə Bağırova və Dadaş Əhmədli zəngin bilgilərlə region gənclərini ətraflı məlumatlandırdı, çap olunan kitabça və sorğu anketi haqda informasiya verdi. Geniş ictimai müzakirə və fikir mübadilələri ilə davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

3 (üç) ay davam edəcək layihə fəaliyyətlərinə regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması, sosial şəbəkələrdə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması, virtual ictimai debatların təşkili və zəngin bilgi və hüquqi informasiyaların əks olacağı kitabın nəşri və yayımı da daxildir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info