“TANAP və “Şahdəniz-2” 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək”
Tarix: 22.11.2017 | Saat: 13:29:00 | E-mail | Çapa göndər
TANAP və “Şahdəniz-2” layihələrinin reallaşdırılması 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatında deyilir. Bildirilir ki, Azərbaycanın ÜDM-i 2018-ci ildə 2 faiz artacaq.
“Mühüm qaz infrastruktur layihələrinin (“Şahdəniz-2”, TANAP) reallaşdırılmasının 2018-ci ildə ölkədə iqtisadi artıma təkan verəcəyi gözlənilir. ÜDM-in isə gələn il 2 faiz artacağı proqnozlaşdırılır”, - deyə hesabatda qeyd edilir.
Qeyd edək ki, EBRD 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir. Bu müddət ərzində bank ölkə iqtisadiyyatına təxminən 2,8 milyard dollar sərmayə yatırıb.
TANAP layihəsi ilə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazın Türkiyənin qərb sərhədlərinə və oradan da Avropaya nəqli nəzərdə tutulur. Təbii qaz 2018-ci ilin ortalarında Türkiyəyə çatdırılacaq. TAP boru kəmərinin tikintisi başa çatdıqdan sonra isə təbii qaz 2020-ci ilin əvvəlində Avropaya göndəriləcək.
TANAP-ın uzunluğu 1850 kilometrdir və ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qazdır. Bu qaz həcminin 6 milyard kubmetrinin Türkiyəyə, qalan 10 milyard kubmetrinin isə Avropa bazarına ötürülməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
“İslam Səfərli“ tankeri tezliklə açıq dənizə çıxacaq 
13.12.2017
Nazir: “Statoil“ hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq“
13.12.2017
“AtaBank” “Uğur-2017“ Milli mükafatına layiq görülüb
13.12.2017
Bələdiyyə nümayəndələri üçün təlim təşkil edilib
13.12.2017
Bu il Azərbaycanda əsas kapitala 13,7 mlrd. yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info