Arı südü orqanizmdən toksinləri təmizləyir
Tarix: 22.11.2017 | Saat: 13:51:00 | E-mail | Çapa göndər
Arı südünü "kral jelesi" də adlandırırlar. Təzə arı südü qatı, qeyri-şəffaf sarımtıl boz rəngli, spesifik ətrə və turş dada malik mayedir və qaymağı xatırladır. Arı südü qiymətli xammaldır, arı sürfələrinin və ana arının qidalanması üçün işçi arıların yuxarı çənələrindəki vəzlər tərəfindən icra olunur.
AZƏRTAC xəbər verir ki, biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov arı südü barədə danışarkən deyib: "Arı südü yumurtadan yeni çıxmış süfrələrin və ana arının yemlənməsi üçündür. Ana südü ilə qidalanma müddətindən asılı olaraq yumurtadan işçi arı və ana arı çıxa bilər. Arılar ana arı çixacaq yumurtaları xüsusi üskükvari yuvaya qoyur və işçi arılar onu arı südü ilə doldururlar. Ana arı yalnız ana südü ilə qidalandığından işçi arıdan 5 gün tez yetişir, iki dəfə böyük olur və 5-6 il yaşayır. İşçi arı yalnız üç gün südlə qidalanır və 40-45 gün ömür sürür. Arı südü zülal və digər qidalı elementlərlə zəngindir və körpə sürfələrin qidalanması üçün əvəzedilməzdir, güclü bakteriostatik və bakteriasid xassəyə malikdir.
Arı südü hətta durulaşmış halda da güclü antibiotik olan karbol turşusundan on dəfə təsirlidir.
Arı südü gümrahlıq gətirir, orqanizmin tonusunu yüksəldir, görməni, yaddaşı, iştahanı, toxuma və hüceyrələrdə mübadilə prosesini yaxşılaşdırır, orqanizmdən zəhərli maddələri, toksinləri və ağır metal duzlarını təmizləyir. Hətta bir sıra alimlərin fikrincə, arı məhsullarından istifadə etməklə sonsuzluq diaqnozu qoyulmuş qadınlarda çox yaxşı nəticə əldə etmək olar.
Arı südü kompleks müalicədə antibiotiklərin təsirini artırır, digər dərmanların tez təsir etməsinə kömək edir. Arı südündən həb, iynə, sirop və məlhəm formasında müxtəlif preparatlar hazırlanır".
"Arı südü şəkərli diabetin, prostat vəzi xəstəliklərinin profilaktikasında, süd verən analarda süd ifrazının normallaşmasında, hətta genetik xəstəliklərin müalicəsində geniş istifadə olunur. Hazırda onun hazırlanması və istifadə edilməsi sahəsində Yaponiya dünyada liderlik edir. Sonrakı yerləri ABŞ, Avstraliya, daha sonrakı yerləri Avropa ölkələri tutur. Yaponiyada ölkənin hər sakininə səhiyyə nazirliyinin nəzarəti altında 50-70 qram bal, 50-100 milliqram arı südü müntəzəm olaraq verilir. Heç də təsadüfi deyildir ki, Gündoğar ölkə uzunömürlülüyə görə də dünyada birinci yerdə gedir", - deyə bioloq-alim söhbətini yekunlaşdırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2018
Təmiz və gözəl dəri hər insanın arzusudur
15.02.2018
İnfarktdan qorunmağın ən sadə yolu
15.02.2018
Çin xoruz ilindən it ilinə keçir
15.02.2018
Süni intellekt alqoritmli ilk prosessorlar yaradılıb
15.02.2018
Alimlərdən maraqlı kəşf

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8421

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info