“Azərbaycanın İntellektual Birİncisi“ layihəsinə 1400 nəfər gənc qatılacaq
Tarix: 22.11.2017 | Saat: 15:39:00 | E-mail | Çapa göndər
“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq da “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.
“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidovun verdiyi məlumata görə, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi çərçivəsində Naxçıvan da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcək.
Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Planlaşdırılan layihə 2 mərhələdən ibarətdir. Belə ki, hər iqtisadi rayon üzrə komandaların hazırda seçim turu keçirilir. İkinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə 4 intellektual yarış növü üzrə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaqlar.
Qeyd edək ki bəzi regional turnirlər və nəticələri artıq bəllidir.
Belə ki, oktyabrın 28-də "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib. Bakı şəhərində keçirilən regional seçim turunda "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Nəsimi, "Axtar tap” intellektual oyununda Sabunçu, "Vətəni tanı” İntellektual oyununda Nizami rayonunun gənc intellektualları qalib olublar. Oktyabrın 29-da isə layihənin Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron üzrə regional turnir keçirilib. Abşeron üzrə keçirilən regional seçim turunda "Xəmsə”, "Vətəni tanı” intellektual oyunlarında Sumqayıt şəhəri, "Nə? Harada? Nə zaman?”, "Axtar tap” intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.
Noyabrın 4-də layihə üzrə Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba üzrə regional turnir keçirilib. Quba şəhərində keçirilən regional seçim turunda "Xəmsə” intellektual oyununda Şabran, "Nə? Harada? Nə zaman?” intellektual oyununda Siyəzən, "Axtar tap”, "Vətəni tanı” intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar.
Noyabrın 5-də layihə üzrə həmçinin Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarının iştirakı ilə Tərtər Yuxarı Qarabağ rayonu üzrə regional turnir keçirilib. Tərtər rayonunda keçirilən regional seçim turunda "Xəmsə”, "Axtar tap” intellektual oyununda Füzuli, "Nə? Harada? Nə zaman?”, "Vətəni tanı” İntellektual oyununda Tərtər rayonunun gənc intellektualları qalib olublar.
11 noyabrda isə İsmayıllı, Ağsu, Qobustan, Şamaxı, şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan üzrə regional turnir keçirilib. İsmayıllı rayonunda keçirilən regional seçim turunda “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap” intellektual oyunlarında İsmayıllı rayonu, “Vətəni tanı” intellektual oyununda Qobustan rayonunun gənc intelektualları qalib olublar.
Noyabrın 12-də Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatalanın gənc intellektuallarının iştirakı ilə Şəki-Zaqatala üzrə də regional turnir keçirilib. Şəki şəhərində keçirilən regional seçim turunda “Axtar tap”, “Vətəni tanı” intellektual oyunlarında Balakən , “Xəmsə” intellektual oyununda Qax, “Nə? Harada? Nə zaman?” intellektual oyununda Şəki şəhərinin gənc intellektualları qalib olublar.
Noyabrın 18-də digər bölgə üzrə- Mingəçevir, Ağdaş, Bərdə, Göyçay, Ucar, Yevlax, Zərdabın gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turnir Mingəçevir şəhərində keçirilib. Layihədə “Axtar tap”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir, “Vətəni tanı” intellektual oyununda Ucar, “Xəmsə” intellektual oyununda Bərdə şəhərinin gənc intellektualları qalib olublar.
Və nəhayət noyabrın 19-da Gəncə, Qazax, Şəmkir, Goranboy, Göygol, Naftalan, Ağstafa, Samux, Tovuzun gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax üzrə regional Turniri Şəmkir şəhərində keçirilib ki, 4 intellektual oyunu əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Gəncə, “Axtar tap” intellektual oyununda Tovuz, “Xəmsə” intellektual oyununda Goranboy rayonunun gənc intellektualları qalib olublar. Qeyd edək ki, layihə hazırda davam edir. Bütün region turnirlərinin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. “İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış olub
13.12.2017
Bakı Dövlət Sirkində tamaşaçıları maraqlı sirk-şou gözləyir
13.12.2017
2020-ci ilədək Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək
13.12.2017
Tələbələrin köçürülməsi ilə bağlı qaydalar təsdiqləndi
12.12.2017
ADU-da ümummilli lider Heydər Əliyev anılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info