Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
Tarix: 22.11.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər
«ArmenianReport» :”Əgər sən öz evinin sahibi deyilsənsə…”

Bizlərdə «araba kölgəsində yatan …»la bağlı məsəl var. Bu gün bu məsəli ermənilərə şamil etmək lap yerinə düşər. Çünki, onlar üçün qəyyum gölgəsində yaşamaq bütün əsrlər boyu adi hal olub. Bu gün hansısa bir böyük ölkənin ermənilərə ruslardan artıq təklif edilən imtiyaz müqabilində onların Rusiyadan imtinasına şübhə etmirəm. Maraqlısı budur ki, bunu bəzi ruslar da etiraf edirlər. «Mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrəncdir...». Xatırladaq ki, bu fikirləri Rusiya imperatoruna göndərdiyi məktubda, həmin ərəfədə ermənilərin müdafiəçisi rolunda çıxış edən Aleksandr Qriboyedov yazıb. Ermənilər unudurlar ki, onların dövlət kimi təşəkkül tapmasında əsas rolu ruslar oynayıblar. Onlar ermənilərin hansı xislət sahibi olduğunu bilsələr də, gələcəkdə onların «xidmətindən» yararlanmaq niyyəti ilə siyasət həyata keçiriblər. Bugünkü dünyada sahibinə dönük çıxanların sonrakı aqibəti yaxşılıqla sonuclanmır. Bunu ermənilər də yaxşı bilirlər. Lakin bəzən ermənilərin belə bir addımda bulunmaq niyyəti sonradan onların əlavə imtiyaza hesablandığından xəbər verir. «Ermənistan öz suverenliyindən məhrum olmuş bir ölkədir və suverenliyin mövcud olmadığı halda heç bir islahat və ya dəyişiklik barədə danışmaq mənasızdır». Bunlar «ArmenianReport» saytı əməkdaşının, bəlkə də, elə erməni xalqının adından etdiyi etirafdır. Erməni əməkdaş «Epress» saytına istinadən bu günlərdə Ukraynanın «ICTV» kanalından olan bir qrup jurnalistin Ermənistana buraxılmaması barədə məlumat verir. O, ukraynalı qonaqların Ermənistan Xarici İşlər Nazirliyindən akkreditasiya aldıqlarına baxmayaraq, bu sənədin də onların ölkə daxilinə girməsinə kömək etmədiyini bildirib.
Erməni jurnalist ukraynalı həmkarlarının Ermənistana buraxılmamalarının səbəbini İrəvanda deyil, Moskvada axtarılmasını bəyan edir. Onun iddiasına görə, çünki Moskva belə istəyib. Maraqlıdır ki, erməni jurnalist Ukraynadan olan həmkarlarının Rusiyanın «qara siyahı»sına necə düşdüklərinə də aydınlıq gətirməyə çalışır və məlum olur ki, onların antiterror əməliyyatı zonasında işləmələri qarşı tərəfin o qədər də ürəyincə deyil. Erməni sərhədçilərinin qadağası ilə üzləşən ukraynalı jurnalist Oksana Dixniçin etrafına görə, onlar üçün giriş qadağası Gömrük İttifaqının bütün ölkələrinə aid edilib.
Erməni jurnalist həmkarları ilə bağlı baş verənləri sağlam düşüncə çərçivəsindən kənar olan bir hal kimi dəyərləndirir: « Mən başa düşürəm, Rusiya bizim Avropaya girişimizə mane olur. Ermənistanda yetişdirilən kənd təsərrüfatı məhsullarının idxalına imkan vermir, Axı, ukraynalı jurnalistlərin sərmayənin və malların sərbəst hərəkətini tənzimləyən Gömrük İttifaqı ilə nə əlaqəsi ola bilər? Təbii ki, Ukraynada işləyən ukraynalı vətəndaşın Moskvanın icazəsi olmadan Ermənistan ərazisinə daxil olmasına qadağa qoymaq, məncə gülüncdür».
Erməni ekspert Ovannes İgityana görə, «Rusiya özünə sərf edən şərtlərlə qara siyahı tərtib etsə belə, bu heç bir şəkildə Ermənistana girişə qadağanın səbəbi ola bilməz. Rusiyanın bunu Gömrük İttifaqı ilə əlaqələndirməsinin də heç bir əsası yoxdur. Çünki təşkilatın bununla bağlı heç bir qərarı yoxdur. Burada erməni tərəfindən olan rəsmi şəxslərin hərəkətləri qanunsuzdur».
Ermənilərin bəzi açıqfikirli şəxsləri baş verənlərin Ermənistan dövlətinə elə də bir xeyir gətirməyəcəyini, əksinə İrəvanın bir çox ölkələrlə əlaqələrinin pozula biləcəyinə gətirib çıxaracağını bildirirlər.
«Biz öz evimizin sahibi deyilik. Biz Kremldə hökm edənlərin göstərişlərinin icraçısıyıq. Ermənistan bərbad vəziyyətdə olan iqtisadiyyatının, insan hüquqlarının vəziyyətinin bərpasından əvvəl öz suverenliyini bərpa etməlidir. Lakin sual doğur, bütün bunlara necə nail olmalı? Amma unudulmamalıdır ki, xaricdən idarə olunan ölkədə hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz». Bunlar da erməni etirafıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info