ADPU-da müsabiqə qaliblərinin konserti keçirilib
Tarix: 22.11.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı, ictimai xadim Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş Tələbələrin I İfaçılıq və Yaradıcılıq Müsabiqəsinin qaliblərinin konserti keçirilib. Qeyd edək ki, konsertdə ADPU ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Prezident İlham Əliyev bu il fevralın 7-də böyük bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Tələbələrin I İfaçılıq və Yaradıcılıq Müsabiqəsi keçirilib. İki mərhələdən ibarət olan müsabiqə 3 nominasiya üzrə: instrumental ifaçılığı (fortepiano, tar), vokal ifaçılığı və rəsm nominasiyaları üzrə keçirilib. Oktyabrın 28-də müsabiqənin I turu, noyabrın 4-də isə II (yekun) turu keçirilib. Noyabrın 17-də müsabiqənin qaliblərinə mükafatların və diplomların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına yüksək qiymət verirdi. Unudulmaz dahi bəstəkar Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərib. Onun yüksək səviyyəli musiqi əsərləri həyatımızın bir hissəsinə çevrilib. Rektor çıxışının sonunda müsabiqənin keçirilməsinə görə fakültənin müəllim və tələbələrinə təşəkkür edib.
Konsertdə Tofiq Quliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib. ADPU-nun və digər ali təhsil müəssisələrinin tələbə-gəncləri bəstəkarın mahnılarını ifa ediblər. Maraqlı və rəngarəng keçən konsert proqramı hamıda yüksək əhvali-ruhiyyə yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar“
24.05.2018
Şagirdlər üçün “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” mövzusunda mühazirə
24.05.2018
“Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı
24.05.2018
“Həyatımın ən böyük arzusuna çatdım – BANM-in tələbəsi oldum”
24.05.2018
İsa Həbibbəyli: “Sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info