“Beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar”
Tarix: 22.11.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Oleq Medunitsa: “Brüssel forumunda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi”
Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi”. Bu fikri AZƏRTAC-a açıqlamasında forumda iştirak edən Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa deyib. Azərbaycanın da separatizmə və işğala məruz qaldığını xatırladan ukraynalı deputat bildirib ki, illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmaması terrorizm və etnik separatizmin coğrafiyasının genişlənməsinə təsir edib. O vurğulayıb ki, bu gün dünyada baş verən münaqişələrin həlli məsələsində ikili standartlar mövcuddur. Bu amil də beynəlxalq separatizmin yayılmasına təkan verir. “Təkcə keçmiş SSRİ ölkələri olan Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada mövcud separatizm və münaqişələrə qarşı effektli mübarizə aparılsaydı, indi digər dövlətlərdə də yeni münaqişə ocaqları yaranmazdı. Beynəlxalq hüququn təməl prinsiplərinə əməl edilməməsi dünya səhnəsində təhlükəli proseslərə ayaq açıb”, - deyə O.Medunitsa əlavə edib. Ukraynalı deputat vurğulayıb ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info