Livanın Baş naziri istefa qərarından vaz keçdi
Tarix: 22.11.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Beyruta qayıdan Saad Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək
Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri bu qərarından vaz keçib. TASS informasiya agentliyi xəbər verir ki, postundan getmək barədə qərarından daşınan Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək. O, bu barədə prezident sarayında keçirilən mətbuat konfransında məlumat verib. “Mən prezident Mişel Auna istefa ilə bağlı ərizəmi təqdim etdim. O, isə məndən bir qədər gözləməyi xahiş etdi. Mən də razılaşdım və istefamı təxirə saldım. Aun gözləməyimi istəyir. O, istefamın səbəbləri ilə bağlı məsləhətləşmə keçirmək fikrindədir. Mən də ona güzəştə getdim”. Saad Hariri fikir ayrılıqlarını aradan qaldırmaq üçün ölkə prezidenti ilə dialoq və əməkdaşlığa hazır olduğunu da elan edib. Xatırladaq ki, Livanın Baş naziri Saad Haririnin ölkəsində deyil, səfərə getdiyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadd istefa verməsi birmənalı qarşılanmırdı. “Al Mustaqbal” və “Al Arabiya” telekanalları tərəfindən yayımlanan istefa bəyanatında Hariri həyatının təhlükə altında olduğunu bildirmiş, Livanda atasının öldürülməsindən əvvəlki vəziyyətin hökm sürdüyünü qeyd etmişdi. Qeyd edək ki, 1992-ci ildən 1998-ci ilədək və 2000-ci ildən 2004-cü ilə qədər hökumət başçısı postunu tutan Rafiq Hariri 2005-ci il fevralın 14-də terror hadisəsi nəticəsində həlak olmuşdu. Baş nazir istefasının əsas səbəbi kimi xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışmasını göstərmişdi. Onun istefadan sonra da Səudiyyə Ərəbistanınıda qalması narazılıq yaratmışdı. Belə ki, onun Ər-Riyadda zorla saxlandığı iddia edilirdi. Səudiyyə Ərəbistanı isə rəsmi şəkildə bildirmişdi ki, Saad Hariri öz iradəsi ilə ölkədə qalır və istədiyi zaman vətəninə qayıda bilər. Saad Hariri də özünün “Twitter” səhifəsində Səudiyyə Ərəbistanında könüllü qaldığını və yaxın günlərdə Beyruta qayıdacağını yazmışdı. Saad Hariri ötən ilin noyabr ayında milli birlik kabinetini formalaşdırıb. 1975-1990-cı illər vətəndaş müharibəsindən sonra Livanı bərpa edən mərhum Baş nazir Rafiq Haririnin 48 yaşlı oğlu 2009-cu ildə də koalisiya hökumətinə başçılıq edib. Lakin iki il yarımdan sonra ərəb ölkələrində baş verən və ərəb baharı adlanan təlatümlər fonunda onun kabineti istefaya gedib. Livanın sünni icmasının lideri sayılan Hariri 2016-cı il oktyabrın 20-də barışıq təşəbbüsü ilə çıxış edərək Mişel Aunun prezident postuna namizədliyinə razılıq verib. Oktyabrın 31-də xristian siyasətçinin dövlət başçısı postuna seçilməsi Beyrutda hakimiyyət vakuumunu doldurmağa, milli barışığa və tərəfdaşlığa yol açıb. “Livan modeli”nə əsasən, ölkənin Baş naziri müsəlman-sünni, parlamentin spikeri müsəlman-şiə, prezident isə xristian-maronit olmalıdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info