Rusiya, İran və Türkiyə liderləri Suriya ilə bağlı bəyanat qəbul ediblər
Tarix: 22.11.2017 | Saat: 22:51:00 | E-mail | Çapa göndər
Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
”Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub", - deyə Rusiya dövlət başçısı jurnalistlərə bildirib
V.Putin bildirib ki, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd ediblər, İŞİD, “Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər.
Üç ölkə lideri həmçinin Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. “Məmnuniyyətlə qeyd edirəm ki, İran və Türkiyə prezidentləri Suriya Milli Dialoq Konqresinin keçirilməsi təşəbbüsünü dəstəkləyiblər”, deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, Suriyanın müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır. “Bir daha vurğulamaq istəyirəm - Suriyanın taleyini suriyalılar həll etməlidir. Həm hökumət, həm də müxalifət tərəfdarları", - deyə Putin vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
13 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
19.02.2018
İsrailin müdafiə nazirinə sui-qəsd cəhdində erməni izi?
19.02.2018
Elman İmaməliyev Rusiyada prezident seçkilərini müşahidə edəcək
19.02.2018
Azərbaycanın təşəbbüsü ilə daha bir regional format yaranır
17.02.2018
“İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb“

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8437

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info