Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında memorandum imzalanacaq
Tarix: 23.11.2017 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Yaxın günlərdə Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında çoxtərəfli əməkdaşlığa dair memorandum imzalanacaq. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AZƏRTAC-a bildirib.
Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında imzalanacaq çoxtərəfli Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə araşdırma, nəşr layihələrinin gerçəkləşdirilməsi, elm, ədəbiyyat sahəsində mübadilə, habelə nəşrlərin mübadiləsi layihələrinin həyata keçirilməsi və s. nəzərdə tutulub.
Qeyd edək ki, Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında keçirilən görüş zamanı tərəflər arasında bir sıra təkliflər razılaşdırılmış və imzalanacaq Memoranduma daxil edilmişdir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə Əlişer Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin, Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması ilə əlaqədar məsələlərin həlli və bu işlərə müvafiq dəstək göstərilməsini öz üzərinə götürüb.
Bundan başqa, Əlişer Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru Şuxrat Siracədddinov yaradılacaq Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin nəzdində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, Bakıda gələcəkdə yaradılması planlaşdırılan Ə.Nəvaid adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinə, habelə Özbək dili və ədəbiyyatı kafedrasına müvafiq dəstək göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Memoranduma əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu da bir sıra işləri həyata keçirəcəkdir: İnstitutun nəzdində Ə.Nəvai adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin, Özbək dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə nəşr layihələrinin reallaşdırılmasına təşkilati dəstək, Azərbaycanda yaşayıb yaratmış və Özbək ədəbiyyatına aid tanınmış şəxslərin irsinin tədqiqi layihəsinə dəstək və s.
Memorandumun bəndlərinə əsasən tərəflər arasında müstəqillik tarixində ilk dəfə olaraq doktorant mübadiləsi həyata keçiriləcəkdir. Belə ki, Özbək gənc tədqiqatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycanın elmi tədqiqatçıları Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin doktorantura və dissertanturasına qəbul olmaq imkanı əldə edəcəklər. Bu məqsədlə sözügedən elm müəssisələri qarşı tərəfə müvafiq yer ayıracaqlar.
Memorandumun digər üstün cəhəti ondan ibarətdir ki, tərəflərin birgə səyi ilə ilk dəfə olaraq Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca lüğəti tərtib olunacaqdır. Bununla əlaqədar hər iki tərəfin dilçi alimlərinin iştirakı ilə xüsusi Redaksiya Heyəti təşkil olunacaqdır.
Bundan başqa, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutu arasında Əməkdaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulur.
Azərbaycanda Özbək ədəbiyyatının tanınmış nümayəndələrinin, Özbəkistanda isə Azərbaycan ədəbiyyatına dair çoxsaylı əlyazmaların saxlanılması səbəbindən imzalanacaq Memorandumda sözügedən əlyazmaların müəyyənləşdirilməsi və gələcəkdə onların qanunvericiliyə uyğun şəkildə, hər iki tərəfin razılığı ilə mübadiləsi məsələləri Memorandumda öz əksini tapacaqdır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılacaq
14.11.2018
Musiqili Teatrda “Nuri-didə Ceyhun” tamaşası nümayiş olunacaq
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info