Uşaq kinosunda inkişaf-“Qış tətili”
Tarix: 23.11.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Uzun illər uşaq filminin çəkilməsi arzu olaraq qalırdı. Bu gün artıq bu sahə inkişaf edir. “My Production” komandası “Qış tətili” uşaq macəra filminin təqdimatına hazırlaşır. Beləcə uşaqların sevəcəyi ikinci film gəlir.
Məlumat üçün bildirək ki, noyabr ayının 1-dən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı, Teymur Nəcəf-in rəhbərlik etdiyi "My Production"nın istehsalı olan "Qış tətili" uşaq macəra filminin çəkilişlərinə başlanılıb. Film Bakı şəhəri və Xaçmaz rayonunda çəkilərək tamamlanıb.
Onu da bildirək ki, rejissor Teymur Nəcəfovun ekranlaşdıracağı filmdə iştirak edən uşaq aktyorlar Dilşad xanımın yetirmələri eyni zamanda “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləridir. Dilşad xanım da filmdə uşaqların anası rolunda çıxış etmiş, “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzində uşaqlara göstərdiyi rəhbərlik və valideynlik qayğısını filmdəki roluna qataraq gözəl bir ana obrazı canlandırmışdır.
Rejissor Teymur Nəcəfov filmin musiqi tərtibatına da xüsusi diqqət ayırıb və bu işi öz işinin peşakarı olan Ləman Nəcəf və Rövşən Mühəmmədə həvalə edib.
Qeyd edək ki, “Qış tətili” filminin öz xüsusi mahnıları yazılıb və mahnılar bəstəkar Nailə xanım Mirməmmədlinin tələbəsi filmdə Kazım rolu Mirabbas Babayev tərəfindən səsləndirilib.
Sonda isə bildirək ki, Avropa janrında çəkilən “Qış tətili” uşaq macəra filmi yaxın zamanlarda bütün kinoteatrlarda nümayiş olunacaq.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info