Sənə doğru
Tarix: 24.11.2017 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Janargül Kadırova 22 oktyabr 1976-cı ildə Qazaxıstanın Pavlodar vilayətinin Bayanavıl rayonunun Kürkeli kəndində doğulub. Qazaxıstan Yazıçılar Birliyinin üzvüdür. “Otarka” qəzetində çalışır. Bir sıra ədəbi ödüllərə layiq görülüb. “Yeddinci qat”, “Babanın gözü”, “Bayanda gözlərəm” adlı şeir kitabları işıq üzü görüb.

Sənə doğru
Sənə doğru
getmək istəyirəm.
Qoymayır zalım dünya.
“Sənin yanına
gedərəm”,-desəm də
inam mənə yoldaş olmadı.

Dəli duyğular
Yüyəni silkələsə də,
əritməz ki, qəlbimdəki
dərdi-səri.
Xəyalətin ətəyinə
yapışaraq,
Neynəyirəm nəşəsiz
günləri.

Xəyalım hər gün
Sənə doğru qaçır.
Könlüm
səmaya baxıb ağlayır.
Məndə olan bu dözüm də,
geri dönüb
məni sevindirdi.

Eh, sən də, ey dərd...
Mənan bir az fərqlidir.
Sən də mənə qarşı
laqeyd deyilsən.
Gizli-gizli baxışaraq,
Unutmaq nəyə lazımdır?

Yazıq ürək
eşqin qədrini bilməz.
Xalqın fikrini düşünər.
Eşqinə çata bilmədən
ömrünün gənclik çağı
göz yaşı içində
keçər beləcə...
Çevirəni
Rəsmiyyə Sabir




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info