Litvada “Ali və Nino” filminin təqdimatı keçirilib
Tarix: 24.11.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Vilnüsdə “Əli və Nino” filminin təqdimatı keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş təqdimat mərasimdə parlamentin üzvləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, səfirlər, incəsənət xadimləri, diplomatik korpusun və şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.
Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi münasibətindən və onların müstəqil Azərbaycan uğrunda həmrəyliklərindən bəhs edilən filmin Litvada təqdimatını əlamətdar hadisə adlandırıb, bunu 2010-cu ildə Litva dilinə tərcümə edilmiş eyni adlı əsərin (“Ali ir Nino” kitabı) məntiqi nəticəsi kimi qiymətləndirib.
Dini və etnik fərqlərə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması, Vətənin müdafiəsi uğrunda birgə mübarizəyə qalxması izləyicilər tərəfindən maraqla qarşılanıb.
Filmin nümayişindən sonra Azərbaycanın milli şirniyyatları və nar şərabları nümunələri qonaqlara təqdim edilib.
Filmin Litvanın digər şəhərlərində də nümayişi nəzərdə tutulur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info