Turistik yerlərimizlə bağlı ilk müfəssəl rəqəmsal xəritəni yaradan əcnəbi
Tarix: 24.11.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
Mutsuko Hasegava:
“Rəqəmsal xəritənin tamamlanması üçün müzakirə açmaq və məlumat almaq istərdim. Buna görə də yaratdığım xəritəni internetə daxil etmişəm”

Müsahibimiz Azərbaycanın turizm potensialını könüllü şəkildə internet müstəvisində dünyaya tanıtmaq istəyən yaponiyalı xanım Mutsuko Haseqavadır. Xanım Haseqava ilk dəfə olaraq Azərbaycanın turistik məkanlarını və nöqtələrini müfəssəl təqdim edən online xəritə yaratmaq təşəbbüsü ilə işə başlayıb. Bununla bağlı ilkin online versiya da hazırlayıb. Buna onu vadar edən səbəb isə Azərbaycanın turizm potensialı, mərkəzləri və unikallığı barədə internetdə informasiya qıtlığı, həmçinin rəqəmsal xəritə çatışmazlığıdır…

-Öncə, zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mən - Mutsuko Haseqava Tokioda Xarici İşlər Nazirliyində çalışmışam. Tokiodakı “Fujitsu” məktəbində proqramlaşdırma ixtisası üzrə təhsil almışam. Bundan başqa, işimizlə bağlı olaraq yoldaşımla Avstraliya, Qabon, Fransa, Tanzaniya, Kanada, Yamayka, Danimarka kimi ölkələrdə yaşamışıq. Hazırda isə, bildiyiniz kimi, Bakıda işləyirik. İxtisasım və işimlə bağlı olaraq GPS və verilənlər bazası sahəsində bilik və təcrübə qazanmışam.
-Buraya gəlməzdən öncə Azərbaycan haqqında nə bilirdiniz?
- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycana gələnədək sizin ölkəniz haqqında məlumatım çox bəsit idi. Sadəcə, Olimpiya oyunlarına görə bilirdim ki, Azərbaycan adlı ölkə var və bu ölkə Sovetlər Birliyinin üzvü olmuş 15 respublikadan biridir.
-Necə oldu ki, siz Azərbaycanla bağlı online turistik xəritə hazırlamaq qərarına gəldiniz? Bu, hansı zərurətdən irəli gəlirdi?
- Mən Azərbaycan bölgəsi ilə bağlı ATLAS və yaxud yol xəritəsi axtarırdım. Amma tapa bilmədim. Azərbaycanın bölgələrinə səfər edəndə öncədən öz “Google” xəritəli PC-mi yoxlamalıyam. Maşın sürərkən həmin bölgə il bağlı hər hansı məlumatım olmur. İlk olaraq mən “Google” xəritədə yalnız nöqtə görürəm. Amma informasiya və şəkilsiz hər hansı nöqtənin nə olduğunu unutmuş oluram. Məhz bu zərurətdən irəli gələrək Azərbaycanla bağlı GPS xəritə yaratmağı qərara aldım və könüllü olaraq bu işi reallaşdırmağı üzərimə götürdüm.
-Azərbaycana gəldikdən sonra bu ölkənin turizm imkanları ilə bağlı nələri öyrəndiniz?
- Bakı gözəl şəhərdir, burada qədim qala şəhəri və qəsrlərlə yeni bina və tikililərin çox gözəl bir harmoniyası var. Bununla yanaşı, Azərbaycanın digər bölgələri də olduqca füsunkar və cəlbedicidir. Biz Azərbaycan bölgələrindəki mənzərəli dağlıq və düzən bölgələrdən, zəngin flora və faunadan həzz alırıq. Demək olar ki, Azərbaycanın hər bir bucağı tarixi cəlbeciliyi ilə insanda maraq oyadır. Məsələn, İpək Yolu, 1500 illik alban məbədi, qəsrlərin, qalaların, orta əsr körpülərinin, mavzoleylərin və türbələrin qalıqları, arxeoloji abidələr… Bütün bu kimi gördüklərim ekoloji, tarixi, arxeoloji, sağlamlıq, dini turizm, həmçinin ekskursiyalar üçün böyük potenasialdan xəbər verir.
-Online turistik xəritə ilə bağlı işinizi necə təqdim və ifadə edərdiniz? Bunun xarici turistlər üçün faydalı olacağını demək olarmı?
- Ümumiyyətlə, öncə onu deyim ki, online xəritə ilə biz səyahət və səfəri çox asanlıqla planlaşdıra bilərik. Həmçinin bununla hansısa destinasiyanın yerini və mənşəyini, məsafəsini, səyahətin vaxtını aydınlaşdırmış oluruq. Eləcə də online xəritə ilə keçid nöqtəsini, ətrafdakı digər təşkilat və destinasiyaları tapmış oluruq. Konkret mənim bununla bağlı işimə gəldikdə isə, bu, bir başlanğıcdır. Bununla mən rəqəmsal informasiyaya aid nümunə təqdim etmiş oluram. Bundan başqa, bu işi görmək üçün Azərbaycanla bağlı informasiyası olan insanlardan ölkə barədə soruşuram, həmçinin website sahəsində mütəxəssisə ehtiyac yaranır. Mən xəritə üçün verilənlər bazasını hazırlaya bilərəm və bununla bağlı nümunə təqdim etmək mümkündür. Amma bununla bağlı mənə məsləhət verən olsa, daha yaxşı olar. Hesab edirəm ki, əcnəbilərin Azərbaycanın bölgələri ilə bağlı bitkin təsəvvürləri olsa, onlar ölkəyə kütləvi şəkildə səfər edəcəklər.
-Bu işi tamamlamaq üçün konkret olaraq hansı növ məsləhət və yardıma ehtiyacınız var?
- Fikrimcə, bizim bu xəritədə hər hansı bir turistik məkanı tərtib etmək üçün görünüş, təsvir və qlobal mövqe, yəni uzunluq və en dərəcələrini müəyyənləşdirməyə ehtiyac var. Əks halda, biz həmin turistik məkana özümüz gedib çıxa bilmərik, yaxud xarici turistlər həmin məkan barədə xəbərsiz olar. Beləliklə, mən həmin yerlərin görünüş və təsvirlərini, şəkilləri internetdən tapa bilərəm. Amma o yerlərin uzunluq və en dərəcələri, coğrafi yerləşmə nöqtələri baxımından konkret informasiya olmasa, ora gedib çıxmaq mümkün deyil. Buna görə də ilk olaraq belə bir xəritəni özüm üçün tərtib etdim. Bu xəritəni digərləri ilə bölüşəndə onlar da öz biliklərini bura əlavə edə bilər. Ola bilsin ki, onların hər hansı turistik məkan barədə bilgiləri daha çoxdur. Bu baxımdan biliklərimizi bir-birimizlə bölüşmək çox vacibdir. Mən Azərbaycanla bağlı rəqəmsal xəritə hazırlaya bilərəm, amma, təəssüf ki, ölkənizin görməli turistik yerləri ilə bağlı bilgilərim olduqca azdır. Hesab edirəm ki, rəqəmsal xəritənin kağız xəritədən üstünlüyü ondadır ki, biz linkə keçid etməklə daha çox informasiya əldə etmiş oluruq. Maşın üçün istifadə olunan GPS sistemi ilə biz maşın sürərək maraqlı yerləri müəyyən edə bilirik. Amma, təəssüf ki, Azərbaycanla bağlı bu baxımdan material tapa bilmədik. Bəlkə də var, amma, hələ ki, buna rast gəlməmişəm. Burada biz ancaq Azərbaycanla bağlı mobil əlavə olan Azərbaycanın “Waze” xəritəsi kimi mobil əlavələrdən yararlanırıq. Amma bu cür mobil əlavələr turistik informasiya ilə xəritəni bir araya gətirmir. Buna görə də biz özümüzün səyahət marşrutumuzu öncədən PC, yəni yol atlası ilə maşında yox, evdə müəyyənləşdirməli oluruq. Bu isə yorucudur və çox vaxt aparır. Bununla bağlı informasiyanı bu linkdə göstərmək istərdim: at a glance.
-Turistlər Azərbaycan tarixi barədə daha çox bilsələr, ölkəmizə səyahət etməkdə daha maraqlı olarlar. Çünki turistlər tarix haqqında da maraqlanırlar. Yəni tarixin daha yaxşı və geniş sferada təqdimatı turizmin inkişafı baxımından əlverişlidir. Bundan başqa iqtisadi sferada fəaliyyət də turistlərdə maraq doğurur.
-Mən Azərbaycanın ən yaxşı məqamları haqqında daim xarici turistləri və dostlarımı maraqlandırmağa çalışıram, onlara məlumat verirəm. Ən maraqlı kəndlər olan Xınalıq, Lahıc, Ləkit kimi yaşayış məntəqələri, ən yaxşı müalicəvi yerlər olan Naftalan, Duzdağ, İstisu, həmçinin ən yaxşı arxeoloji abidələr olan Qobustan, Əlincə, Şəmkir və digər yerləri tanıdıram. Ötən yay mənim bir çox dostum turist olaraq Bakıya gəlmişdi. Onların təəssüratı belə oldu: “Azərbaycan üçün 2 gün yetərlidir, biz buradan Tiflisə gedirik”. Məncə, bu qəribə yanaşmadır, amma həmin məqamda onların Azərbaycanda daha haraları gəzə biləcəkləri ilə bağlı məsləhət verə bilmədim. Çünki o vaxt bu barədə yetərincə informasiyam yox idi. İndi anlayıram ki, biz əcnəbilərin çoxu Azərbaycan və onun turizm bölgələri barədə çox az bilirik. İndi rəqəmsal xəritə üçün Azərbaycanla bağlı məlumat tərtibatı yaratmışam, bununla belə, hələ də düşünürəm ki, Azərbaycanı turistlərə təqdim etmək üçün ən yaxşı yol hansı olardı? Bununla bağlı müzakirə açmaq və məlumat almaq istərdim. Buna görə də yaratdığım xəritəni internetə daxil etmişəm ki, bu barədə müzakirə açılsın. Demək istədiyim daha bir məqam odur ki, ümumiyyətlə, Azərbaycanın gözəl turistik yerləri və ucqarları barədə rəqəmsal informasiya çox azdır və yetərli deyil.
İlkin Ağayev













 
Bölməyə aid digər xəbərlər
17.01.2018
“Müstəqillik tariximizlə bir daha qürur duyduq”
17.01.2018
Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”
16.01.2018
“Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
15.01.2018
Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
11.01.2018
“Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info