Gənc şairə Gülbəniz Mehdiyevanın yaradıcılıq gecəsi keçirildi
Tarix: 25.11.2017 | Saat: 02:57:00 | E-mail | Çapa göndər



Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc şairə Gülbəniz Mehdiyevanın gecəsi keçirilib.
Yaradıcılıq gecəsini giriş sözü ilə Kimya və Biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva açıb. Dosent Elnarə Mehbalıyeva gənc şairənin həyat və yaradıcılıq yoluna nəzər salaraq qeyd edib ki, ADPU-nun Kimya və Biologiya fakültəsinin IV kurs tələbəsi olan Gülbəniz Mehdiyeva hələ I kursda oxuyarkən şeirləri gözəl ifa etməsi ilə seçilib. Gülbəniz sonradan şairə kimi də qələmini sınayıb və onun şeirlərindən ibarət "Qəlbimin qonağı" adlı kitabı işıq üzü görüb.
Məruzəçi qeyd edib ki, Gülbəniz Mehdiyeva yaradıcılığı ilə yaxından tanış olanda görürük ki, şair üçün mövzu sərhəddi yoxdur. Mövzu onun üçün ürəyində yığılıb qalan fikirlərini oxucuya çatdırmağın vasitəsidir. Gənc şairənin yaradıcılığında, müraciət etdiyi mövzularda yeni fikir, yeni deyim tərzi, obrazlı poetik ifadələr, misranın deyil, fikrin yaratdığı məna, poetik deyimlərindəki tapıntılar daha artıq diqqət çəkir. Onun şeir ifası insanı necə riqqətə gətirirsə, müəllifi olduğu şeirləri də insanı mənəvi aləmə, Gülbənizin könül dünyasına çəkib aparır. Gülbəniz şeir söyləyərkən sanki onu yaşayır və dinləyici də onunla birgə həmin duyğuları düzgün qəbul edə bilir.
Gülbənizin şeir dünyası öz təmizliyi, rəngarənliyi ilə seçilir. Burada həyat eşqi, nikbinlik, gözəllik, saflıq romantik səpgidə öz əksini tapır. Şeirlər Gülbənizin xəyallarına, düşüncələrinə, duyğularına qapı açır, onu başqa rakursdan da tanımağımıza şərait yaradır.
Dosent Elnarə Mehbalıyeva daha sonra Gülbəniz Mehdiyevanı təbrik edərək digər istedadlı gənclərə də dəstək olacağını qeyd edib: "Mən çox sevinirəm ki, Gülbənizin gənc şairə kimi ilk addımları məhz ADPU-da təhsil aldığı illərdən başlayıb. Çünki, o gələcəkdə daha böyük uğurlar qazananda da, böyük şairlərdən birinə çevriləndə də ona qucaq açan, dəstək olan doğma məkanı-Azərbaycan Dövlət Pedaqoji Universitetini xatırlayacaqdır.
Mən Gülbənizin timsalında yaradıcılıqla məşğul olan bütün tələbələri alqışlayır, onlara yorulmadan, əzmlə öz üzərində çalışmağı tövsiyə edirəm. Çünki istedad elə bir nemətdir ki, o gec-tez aşkar olunacaq və mənsub olduğu yerə, təhsil aldığı Universitetə, fakültəyə baş ucalığı gətirəcəkdir".
Sonra ADPU-nun Kimya fakültəsinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi Səadət Abdullayeva gənc şairəni təbrik edib. Qeyd edib ki, belə istedadlı tələbələrə dəstək fakültə rəhbərliyinin daim nəzarətindədir. Çünki istedad elə nemətdir ki, ixtisasından asılı olmayaraq hər sahədə özünü göstərə bilər. Kimya və Biologiya fakültəsində də belə gənclər az deyil. Məhz belə tələbələr üçün "İncəsənət saatı", "Gənc şairlər" cəmiyyəti yaradılıb. “İncəsənət saat”ına rəqs etməyi, mahnı oxumağı, şəkil çəkməyi bacaran və qeyri-adi istedadı olan tələbələr cəlb olunub. “Gənc şairlər” cəmiyyətində isə hər ayın sonu şeir yazan tələbələrlə məşhur şairlərin görüşləri təşkil olunur.
Gənc şairə Gülbəniz Mehdiyeva da çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, Kimya və Biologiya fakültəsinin bütün kollektivinə təşəkkür edib. Tədbir iştirakçıları gənc şairəni yüksək hərarət və alqışlarla salamlayaraq onunla poeziya, bədii yaradıcılıq barədə fikirlərini maraqla dinləyiblər.
Yaradıcılıq gecəsinin bədii hissəsi ADPU-nun Kimya və Biologiya fakültəsinin tələbələri tərəfindən davam etdirlib. Bədii gecədə tələbələrin ifasında gözəl musiqilər, Gülbəniz Mehdiyevanın şeirləri səslənib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info