Parisdə möhtəşəm muğam gecəsi
Tarix: 27.11.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Parisdə milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik olan Qoçaq Əsgərov və məşhur fransız caz ifaçısı Pyer de Treqomenin rəhbərliyi ilə muğam-soul konserti keçirilib.
Azərbaycanın Dostları Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, ifaçıları səhnədə istedadlı musiqiçilərimiz - Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara) və Vasif Hüseynzadə (piano) müşayiət ediblər.
Muğam axşamında Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva çıxış edərək Azərbaycanın mənəvi sərvəti sayılan və UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən muğam haqqında danışıb. Bildirib ki, muğam Azərbaycan xalqının dünyadakı səsi kimi milyonlara yalnız zövqverici musiqi bəxş etmir, həm də milli kimliyimizi və ölkəmiz haqqında həqiqətləri olduğu kimi dinləyicilərə çatdırmağa kömək edir.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova isə fransız caz ustası Pyer de Treqomenin muğam sənətinə olan marağından, layihənin yaranma tarixindən söz açıb. Qeyd edib ki, milli sərvətimiz olan muğam füsunkar xüsusiyyəti ilə həmişə Şərq musiqisinin mistikasına vurğun musiqisevərləri özünə cəlb edir. Dünyanın hər yerində musiqi həvəskarları bu əsrarəngiz və fəlsəfi musiqini sevir və araşdırırlar.
Gecədə musiqiçilərin əsrarəngiz ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, konsert noyabrın 17-də tanınmış muğam ifaçısı Qoçaq Əsgərovun Fransanın tanınmış caz ifaçısı Pyer de Treqomenlə birgə “Muğham souls” adlı musiqi albomunun işıq üzü görməsi münasibətilə təşkil olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info