Bakıda “Rus romansı gecəsi”
Tarix: 28.11.2017 | Saat: 02:23:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvo” Agentliyinin Bakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında tanınmış opera müğənnisi, RF-nin Xalq Artisti Oleq Poqudinin “Rus romansı gecəsi” adlı konserti olub.
“Rossotrudniçestvo” Agentliyinin rəhbəri Valentin Denisov gecəni açaraq bildirib ki, gözəl səsə malik Oleq Poqudin müasir dövrün ən tanınmış opera müğənnilərindən biridir, böyük romans ifaçısıdır
Oleq Poqudin 1968-ci il dekabrın 22-də Sankt-Peterburqda anadan olub. 1978-1983-cü illərdə musiqi məktəbinin dirijorluq sinfində oxuyub, 1979-1982-ci illərdə Y.Slavnitskinin idarəçiliyi ilə Leninqrad Radio və Televiziyası Uşaq Xorunun solisti olub. Müğənni Çerkasov adına Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunu bitirib. ABŞ-da “Eugene O`Niell Theater Center”də “Amerika müzikli” proqramı üzrə staj keçib. 2009-2012-ci illərdə isə Qalina Pavlovna Vişnevskayanın Opera İfası Mərkəzində bədii rəhbərin vokal sinfində staj keçib.
Müğənninin repertuarına müxtəlif janrda olan 500-dən çox əsər, o cümlədən rus şəhər və klassik romansları, Avropa estrada musiqisi, müzikl və operettalardan ariyalar, xalq mahnıları, P.Çaykovskinin romansları, A.Vertinskinin və B.Okucavanın mahnıları, sovet estradasından və hərbi-vətənpərvərlik mövzusunda mahnılar var. Çıxışların coğrafiyası 3 qitəni əhatə edir, mahnılar isə 10-dan çox Avropa dilində ifa olunur.
O.Poqudin çoxlu sayda mükafatın və titulun sahibidir, bir sıra fəxri adlara, o cümlədən “Rusiya Federasiyasının Xalq Artisti” fəxri adına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info