Aşıq Yanvarın 75 illik yubileyi qeyd olunub
Tarix: 29.11.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Əməkdar mədəniyyət işçisi, Şirvan aşıq məktəbinin ustad davamçılarından Aşıq Yanvar Bədəlovun 75 yaşı tamam olub və bu münasibətlə doğulub boya-başa çatdığı İsmayıllıda Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Aşıqlar Birliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley mərasimində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, professor Seyfəddin Qəniyev və başqaları çıxış edərək Aşıq Yanvarın sənət dünyasından söz açıblar. Azərbaycan aşıq sənətinin inkişafında, onun təbliğində, gənc aşıqların yetişməsində xüsusi xidmətlərindən danışan natiqlər Azərbaycan Aşıqlar Birliyinin üzvü olan bu el sənətkarının çoxsaylı qoşma, gəraylı, təcnis və ustadnamələrin müəllifi olduğunu qeyd ediblər. Vurğulanıb ki, şair təbiətli Aşıq Yanvar onlarca dastanın bilicisi, istedadlı ifaçısı idi.
Sonra səhnəyə aşığın sənət dostları çıxıblar. Aşıq Abbas Musaxanlının, Ağamurad İsrafilovun, Altay Məmmədlinin, Babək Şakirlinin, Nurlan İbrahimovun, Amil Dadaşovun, Hacı İbrahimovun, Əli Tapdıqoğlunun, Samirə Əliyevanın, müğənnilərdən Sahibə Abdullayevanın, Ağapaşa Xəlilovun, Qalib Güləliyevin ifaları mərasimə xüsusi təravət gətirib.
Qobustan rayonu, “Təklə” uşaq musiqi məktəbinin “Sazçı qrupu”nun üzvləri tərəfindən ifa edilən Aşıq Yanvarın “Olmusanmı İsmayıllıda” aşıq mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Aşıq Yanvarın yetirməsi olan Aşıq Elman Talıstanlının ifasında səsləndirilən “Şəşəngi” aşıq havası da dinləyicilərdə xoş ovqat yaradıb.
Sonda çıxış edən el sənətkarı ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə, Respublika Aşıqlar Birliyinə, rayon rəhbərliyinə, sənət dostlarına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Mərasimdə Aşıq Yanvara 75 illiyi münasibətilə hədiyyələr verilib, gənc aşıqlara isə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info