Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
Tarix: 29.11.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər
Pekinin milyardlıq vədi: Budapeştdə keçirilən toplantıya qatılan 16 Avropa dövlətinin 11-i Avropa İttifaqının üzvüdür

Almaniyanın xarici işlər nazir Ziqmar Qabriel: “Əgər, biz Çinə qarış vahid strategiya işləyə bilməsək, onda Pekin Avropanı parçalayacaq”

Avropa İttifaqı rəsmiləri Çinin birliyin daxilinə nüfuz etməsindən narahatlıq keçirməyə başlayıb. Pekinin Şərqi Avropa ölkələri ilə 16+1 formatında təşkil etdiyi görüş Brüsseldə ciddi narazılıq yaradıb. Almaniyanın xarici işlər nazir Ziqmar Qabriel hələ sentyabr ayında xəbərdarlıq etmişdi ki, “Çin ekspansiyası nəticəsində Avropa İttifaqı parçalanacaq”. 16+1 sammiti “Bir kəmər, bir yol” layihəsi çərçivəsində keçirilən sayca 6-cı toplantıdır. Pekin layihənin reallaşmasına Şərqi Avropada yerləşən 16 dövləti daxil etmək istəyir. Məsələ ondadır ki, həmin 16 dövlətin 11-i Avropa İttifaqının üzvüdür. Bunlar - Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Makedoniya, Çernoqoriya, Polşa, Rumıniya, Serbiya, Slovakiya və Sloveniyadır. Budapeştdə keçirilən toplantıda Çinin baş naziri Li Kesan tərəfdaş dövlətlərə çoxmilyardlı investisiya layihələri təklif edib. Onsuz da Pekin hazırda “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Avropa ərazisində təxminən 3 milyard dollarlıq layihə həyata keçirir. Sammitə ev sahibliyi edən Macarıstanın baş nazir Viktor Orban çıxışında bildirib ki, Çin investisiyalarını cəlb edilməsi bütün Avropanın xeyrinə olacaq: “Dünya dəyişir və Çinin Avropanın inkişafını təmin etmək üçün kifayət qədər resursları var. Hansı ki, həmin inkişafı Avropa İttifaqı təkcə öz gücü hesabına əldə edə bilməz”. Çinin təklif etdiyi layihə ilə təkcə Şərqi Avropa dövlətləri maraqlanmır. Mərkəzi Avropa və bəzi Qərbi Avropa dövlətləri milyardlıq layihələrə maraq göstərir. Məsələn, Avstriyanin işgüzar dairələri bu layihə ilə ciddi şəkildə maraqlanırlar və bunun gizlətmirlər də. Onlar hesab edir ki, Çinin “Bir kəmər, bir yol” layihəsi onların ölkəsinin ərazisindən də keçməlidir. Artıq Vyana İqtisadi Palatası və Avstriya Dəmir Yolları Şirkəti layihəyə qoşulamaqla bağlı mərkəzi hökumətə müraciət edib. Bu isə Brüsseldə narazılıqla qarşılanıb. Brüsseldə ehtiyat edirlər ki, Çin Viktor Orbanın sammitdə “şərq qapısı” adlandırdığı ərazidən qitəyə və Avropa İttifaqını daxilinə nüfuz edərək təşəbbüsü ələ ala bilər. Çin şirkətləri 2012-ci ildən etibarən dövlət bankının yardımı ilə Mərkəzi və Şərqi Avropa ölkələrində 15 milyard dollar dəyərində layihələrə start veriblər. Doğrudur, bu məbləğ Avropa İttifaqı fondlarının ayırdığı vəsaitin yanında çox azdır. Məsələn Aİ fondu 2010-2014-cü illər ərzində Polşaya 80 milyard avroya yaxın vəsait ayırıb. Amma burada məsələnin mahiyyəti belədir ki, Çin üçün heç də ayrılan vəsait və ya 16 ölkə deyil, daha çox Avropa məkanına çıxış eldə etmək vacibdir. Doğrudur, Avropa İttifaqına üzv dövlətlərin Pekindən vəsait cəlb etməsi daxili qaydalara görə çox çətindir. Amma Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovina quruma üzv olmadığından qaydaların onlara dəxli yoxdur. Pekin də bu boşluqdan məharətlə istifadə edir. Belə ki, Çin artıq heç bir problemlə rastlaşmadan Serbiyada bir neçə mühüm şirkəti ələ keçirib, yol-körpü və enerji obyektlərinin tikintisini maliyyələşdirib. “China Pacific Construction Group” şirkəti Çernoqoriya ilə Albaniya arasında sürətli dəmir yol xəttinin çəkilməsi üçün 3 milyard dollarlıq müqavilə imzalayıb. Çin addım-addım Avropanın daxilinə nüfuz edir. Almaniyanın “Deutsche Wirtschafts Nachrichten” nəşri yazır ki, Çin son 7 ildə heç bir problemlə qarşılaşmadan Avropa İttifaqına üzv olan dövlətlərə külli miqdarda vəsait yatırıb. Onların bəzisini qeyd etmək yerinə düşər. Çinin “Geely” şirkəti 1,5 milyard dollar ödəyərək İsveçin “Volvo” şirkətini alıb. “Three Gorges Corporation” Portuqaliyanın enerji şirkəti olan “Energias de Portugal”ın səhmlərinin 21,3 faizinə 3,51 milyard dollar ödəyərək sahib olub. Çinin investisiya şirkəti olan “CIC” Fransanın enerji şirkəti olan “GDF Suez”in səhmlərinin 30 faizi üçün 3.24 milyard dollar ödəyib. “Wanhua” sənaye qrupu Macarıstanın kimya şirkəti olan “Borsod Chemicals”ın sahibi olmaq üçün 1,552 milyard dollar ödəyib. “Petro China Corporation” şirkəti Britaniyanın kimya şirkəti olan “INEOS” üçün 1,015 milyard dollar ödəyib. Ərzaq şirkəti olan “Brightfoods” Britaniyanın “Weetabix” brendinin 60 faizinə sahib olmaq üçün 1,94 milyard dollarından keçib. “Sinopec”» enerji şirkəti Britaniyanın “Talisman Energy” şirkətinin səhmlərinin 49 faizinə 1,5 milyard dollar ödəməklə sahib olub. 2012-2014-cü illər arasında Çin şirkətləri Avropada müəssisələr əldə edilməsinə 10,881 milyard dollar xərcləyib. Razılaşma imzalanan ölkələr arasında İspaniya, Almaniya, Macarıstan, İtaliya, Britaniya və Hollandiya kimi ölkələr də var. İlk sırada dayanan ölkə Britaniyadır – qeyd edilən dövrdə Çin Britaniyaya 12 milyard avro yatırıb. İkinci və üçüncü yerlərdə yerdə 5 milyard avro ilə Portuqaliya və Fransa qərarlaşıb. Çinin Avropa İttifaqı daxilinə ekspansiyası Brüssellə yanaşı Berlini də narahat edir. Buna görədir ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Pekini “Vahid Avropa” konsepsiyasına hörmət etməyə çağırıb: “Əgər, biz Çinə qarış vahid strategiya işləyə bilməsək, onda Pekin uğur qazanaraq Avropanı parçalayacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info