Piter Teys: “Azərbaycana səfərimin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsini daha ətraflı araşdırmaqdır”
Tarix: 29.11.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub. Azərbaycanın haqq səsini müdafiə edən bir çox əcnəbi ekspertlər də bu fikirdədirlər. İki aya yaxındır ki, Azərbaycanda olan amerikalı jurnalist, politoloq Piter Teys Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülhün tərəfdarıdır. Piter Teys AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Azərbaycanda olduğu müddətdə ölkənin qədim tarixi, mədəniyyəti, bir sıra regionları ilə yaxından tanışlıq imkanı qazandığını söyləyib: “AZƏRTAC Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi və ölkənin bütün sahələri haqqında məlumatların dünyaya çatdırılmasında böyük işlər görür. Agentliyin beynəlxalq media məkanında artan rolunun, ölkədən xaricdə fəaliyyətinin genişlənməsinin biz də şahidiyik”.
Baş direktor qeyd edib ki, Azərbaycan haqqında məlumatların dünyada yayılması istiqamətində mütəmadi iş aparan AZƏRTAC tərəfdaşları ilə xəbər mübadiləsi həyata keçirir, qlobal informasiya resurslarının imkanlarından istifadə edir. Agentliyin hazırda Dünya Xəbər Agentlikləri Konqresi (NAWC) və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi, bunun dünyanın 100-dən çox agentliyi ilə əlaqələr yaradılmasına yol açdığı diqqətə çatdırılıb. Piter Teysin AZƏRTAC ilə uzun müddətdir əməkdaşlıq etdiyini deyən baş direktor onun yazılarını Azərbaycan haqqında obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılması işinə böyük töhfə kimi dəyərləndirib.
Piter Teys Azərbaycanı yaxından tanımaq üçün ona yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, Naxçıvana səfər etdiyini, orada infrastrukturun inkişafına şahid olduğunu, Tərtərdə dövlətin məcburi köçkünlər üçün yüksək şərait yaratdığını deyib. “Səfərimi başa vurduqdan sonra ölkənizin inkişafı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş torpaqları haqqında məqalələr dərc edəcəyəm. Azərbaycana səfərimin əsas məqsədi də bu münaqişəni daha ətraflı araşdırmaqdır”, - deyə Piter Teys bildirib. Amerikalı politoloq tezliklə “Azərbaycanın xarici siyasəti. Dünyada sülh və əmin-amanlığa töhfə” adlı kitabının çapdan çıxacağını, orada Azərbaycanın beynəlxalq aləmdə yeri, ölkənin, medianın və həmçinin AZƏRTAC-ın sülh və sabitliyə töhfələri haqqında geniş məlumatların əks olunacağını deyib. O, AZƏRTAC ilə birgə gələcəkdə Dağlıq Qarabağ münaqişəsi və digər sahələr üzrə videoların hazırlanıb ingilis və ispan dillərində yaymağın mümkünlüyünü söyləyib.
Görüşdə amerikalı jurnalistin və AZƏRTAC-ın birgə layihələr həyata keçirməsi, müasir medianın aktual problemləri, Azərbaycanın keçdiyi inkişaf yolu ətrafında fikir mübadiləsi aparılıb.

“Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib”
Piter Teys Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda isə deyib ki, Ermənistan hökuməti bütün dünyaya təhdiddir.
O qeyd edib ki, Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib, Azərbaycanın etno-mədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər verib:
"Təəssüflər ki, Azərbaycan terrorist hökumət olan Ermənistanla qonşudur. Mən öz araşdırmama əsasən deyə bilərəm ki, Ermənistan hökuməti Avropaya, bütün dünyaya bir təhdiddir. Təəssüflər olsun ki, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən bütün bu insanlıq əleyhinə zorakılıqlar qarşısında susqunluq nümayiş etdirirlər. Mən dünya ictimaiyyətini Ermənistanın faşist rejimi tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərə diqqət yetirməyə çağırıram”.
Yeri gəlmişkən, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Sədlbək Kollecinin tələbə və müəllim heyəti qarşısında ölkəmizə dair geniş mühazirəsində Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
N.Ağayev çıxışında Azərbaycanın zəngin tarixi, mədəni irsi və yerləşdiyi coğrafi məkan barədə iştirakçılara məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi inkişaf və çağdaşlaşma yolundan bəhs edib.
Diplomat Azərbaycan xalqının 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu qeyd edib. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirən baş konsul bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyi ilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu vurğulayıb.
Baş konsul, həmçinin çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
N.Ağayev aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. O, Azərbaycanın ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.
Sonda baş konsul tədbir iştirakçılarının suallarını cavablandırıb.
Baş konsul tədbirdən sonra Sədlbək Kollecinin rektoru Qreqori Anderson ilə görüşüb.
Kaliforniyanın Orenc vilayətində yerləşən Sədlbək Kolleci 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.

“Kosta-Rika dünyanın istənilən nöqtəsində münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir”

Ötən gün Bakıda Kosta-Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində jurnalistlərə açıqlamasında bu ölkənin xarici işlər və etiqad naziri Manuel Qonsales Sans da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirib: "Kosta-Rika dünyanın istənilən nöqtəsində münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir".
O deyib ki, Kosta-Rikanın ordusu yoxdur: “Biz beynəlxalq hüquqa inanırıq. Kosta-Rika BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrə hörmətlə yanaşır. Biz sülh olan dünya istəyirik. Ümid edirik ki, münaqişələr dialoq və ölkələrin iştirakı ilə tezliklə həll olacaq".
Bu arada Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasının açılışı olub. Azərbaycan Milli Məclisinin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov sessiyada iştirak ediblər.
QDİƏT Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında bəyannamə qəbul olunub.
Bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd öz əksini tapıb. Bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətinin etirazına səbəb olub. Ona görə də bəyannamə səsə qoyulan zaman Ermənistan nümayəndə heyəti iclas zalını tərk edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir“
19.02.2018
Xocalı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir
19.02.2018
Suriya savaşında enerji faktoru: “Türk axını”na təhlükə var?
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8456

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info